Prezident İlham Əliyevin Sloveniya Respublikasına rəsmi səfəri başa çatmışdır.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Lyublyananın “Joze Puçnik” beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini Sloveniyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.
X X X
Həmin gün Prezident İlham Əliyev Vətənə qayıtmışdır.
Heydər Əliyev Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Baş nazir Artur Rasizadə və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.