İlham Əliyev Lyublyana şəhər meriyasında olmuşdur

09 iyun 2011, 22:30
İlham Əliyev Lyublyana şəhər meriyasında olmuşdur

Prezident İlham Əliyev Sloveniyaya rəsmi səfəri çərçivəsində iyunun 9-da Lyublyana şəhər meriyasında olmuşdur.

Dövlət başçısını meriyanın qarşısında Lyublyananın meri Zoran Jankoviç qarşıladı.

Z. Jankoviç Prezident İlham Əliyevi salamlayaraq yeddi il əvvəl iş adamı qismində Bakıda olduğunu məmnunluqla xatırladı. O, Bakı ilə Lyublyana şəhərləri arasında əməkdaşlığın daha da inkişafı üçün çalışacağını bildirdi.

Azərbaycanı “Eurovision-2011” mahnı müsabiqəsində qazandığı qələbəyə görə təbrik edən Lyublyana şəhərinin meri gələn il Sloveniyanın bir çox incəsənət adamının Azərbaycana səfər edəcəyini qeyd etdi.

Dövlət başçısı Lyublyana şəhərinin inkişafı ilə bağlı görülən işləri yüksək qiymətləndirdiyini dedi.

Prezident İlham Əliyev son bir neçə il ərzində Lyublyananın daha da gözəlləşdiyini, abadlaşdığını və çox gözəl Avropa şəhərinə çevrildiyini vurğulayaraq dedi:

-Mən görürəm ki, həm şəhər rəhbərliyi, eyni zamanda, şəhər sakinləri öz şəhərlərinə çox böyük məhəbbətlə yanaşırlar və burada görülən abadlıq, gözəllik, bərpa işləri də böyük zövqlə aparılmışdır. Bütövlükdə Sloveniya-Azərbaycan əlaqələrinin inkişafı üçün bu gün çox əlamətdar bir gündür. Bu gün keçirdiyim görüşlər, apardığım danışıqlar və sabah keçiriləcək tədbirlər bizim ölkələrimizi bir-birinə daha da yaxın edəcəkdir. Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və bu əlaqələrimiz günü-gündən güclənir. Eyni zamanda, sabah keçiriləcək birgə biznes forum iqtisadi sahədə də əlaqələrin inkişafı üçün çox təsirli olacaqdır. Çünki qarşılıqlı maraq çox böyükdür və birgə iş görmək üçün bütün imkanlar vardır. Eyni zamanda, parlamentlərarası əlaqələr də yaxşı səviyyədədir və mən burada mənim köhnə dostumu görməkdən də çox məmnunam. Biz birlikdə Strasburqda işləmişik və çox yaxşı günlərimiz, yaxşı söhbətlərimiz olub. Azərbaycan indi 10 ildir ki, Avropa Şurasının üzvüdür. Amma bizim görüşlərimiz vaxtında biz təzə üzv olmuşduq və əlbəttə ki, bizim üçün hər şey orada təzə idi. Biz istəyirdik ki, tezliklə Avropa Şurasına inteqrasiya edək və öz yerimizi tutaq. Yadıma gəlir ki, siz də bizə çox köməklik göstərmişdiniz.

“Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan gənclərinin qazandıqları qələbə münasibətilə təbrikinizə görə təşəkkür edirəm. Bir ildən sonra sloveniyalı qonaqları biz qəbul etməyə hazırıq, o cümlədən sizi, cənab mer. Amma ümid edirəm ki, siz o vaxtdan əvvəl Bakıya gələcəksiniz və biz əlaqələrimizi davam etdirəcəyik. Bir daha qonaqpərvərliyə görə təşəkkür edirəm.

Dövlət başçısı meriyanın xatirə kitabına ürək sözlərini yazdı.

SƏNƏDLƏR Fərmanlar 30 yanvar 2025
19:25
“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 118-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan...

30 yanvar 2025, 19:25
SƏNƏDLƏR Qanunlar 30 yanvar 2025
19:23
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan...

30 yanvar 2025, 19:23
SƏNƏDLƏR Sərəncamlar 29 yanvar 2025
10:30
“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası...

29 yanvar 2025, 10:30
SƏNƏDLƏR Fərmanlar 28 yanvar 2025
16:28
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 82-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr...

28 yanvar 2025, 16:28