Fransa Respublikasının Prezidenti Zati-aliləri cənab Emmanuel Makrona

13 iyul 2017, 18:05

Hörmətli cənab Prezident, 

Fransa Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Biz zəngin ənənələrə malik Azərbaycan-Fransa münasibətlərinə xüsusi əhəmiyyət veririk. Məmnunluqla qeyd etmək istərdim ki, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illik tarixi ərzində ikitərəfli münasibətlərimiz yeni məzmun kəsb etmiş, dinamik inkişaf yolu keçmişdir.

Bu gün siyasi, iqtisadi, mədəni əlaqələrimiz müvəffəqiyyətlə inkişaf edir və genişlənir. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı əməkdaşlığımızın mövcud potensialından daha səmərəli istifadə etmək üçün birgə səylər göstərəcəyik.

Biz, həmçinin Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına son qoyulması, işğal nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın öz doğma yurd-yuvasına qayıtması üçün Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 iyul 2017-ci il.

SƏNƏDLƏR Fərmanlar 05 may 2025
16:00
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası...

05 may 2025, 16:00
SƏNƏDLƏR Fərmanlar 05 may 2025
15:53
“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 183-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22...

05 may 2025, 15:53
SƏNƏDLƏR Fərmanlar 05 may 2025
15:49
“Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 aprel tarixli 164-VIIQD nömrəli Qanununun tətbiqi və “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 903 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1...

05 may 2025, 15:49
SƏNƏDLƏR Sərəncamlar 05 may 2025
12:32
Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün...

05 may 2025, 12:32