18:27
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mətbuata bəyanatlarla çıxış ediblər.
07 may 2025, 18:27Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində atəşkəsin növbəti dəfə pozulması və günahsız insanların, xüsusən də körpə qızın qətlə yetirilməsi və mülki əhaliyə dəyən ziyan bizi hədsiz dərəcədə kədərləndirdi.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından Sizə dərin hüznlə başsağlığı verir və həmçinin cəbhə bölgəsində vəziyyətin gərginləşməsindən dərin narahatlığımızı bildiririk. Ermənistanın 1994-cü ildə əldə olunmuş atəşkəs rejimini tez-tez pozması azərbaycanlı uşaqlar da daxil olmaqla mülki əhalinin ölümünə səbəb olur. Ermənistan ordusunun azərbaycanlı mülki əhaliyə və obyektlərə qarşı bu hücumları beynəlxalq humanitar hüququn və insan haqlarının ciddi şəkildə pozulması deməkdir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təcrübəli və peşəkar üzvləri kimi münaqişənin davamlı sülh və dialoq yolu ilə həlli məsələsində Sizə dəstək olmağa hazırıq.
Cənab Prezident, xahiş edirik başsağlığı diləyimizlə bərabər, ən yüksək ehtiramımızı qəbul edin.
Hörmətlə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri:
Rosen Plevneliev,
2012-2017-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti
Recep Meydani,
1997-2002-ci illərdə Albaniya Respublikasının Prezidenti
Valdis Zatlers,
2007-2011-ci illərdə Latviya Respublikasının Prezidenti
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mətbuata bəyanatlarla çıxış ediblər.
07 may 2025, 18:27Mayın 7-də Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə mübadiləsi...
07 may 2025, 18:25Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sənaye parklarında bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının artırılması məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının...
07 may 2025, 15:43Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi...
07 may 2025, 15:41Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası...
07 may 2025, 15:39Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibə verib.
-2025-ci il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycan...
06 may 2025, 18:40Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun...
06 may 2025, 16:06Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam...
06 may 2025, 16:04Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam...
06 may 2025, 16:02