Mali Respublikasının Prezidenti İbrahim Bubakar Keytadan

04 iyul 2017, 17:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zatı-aliləri.

Ölkənizin milli bayramı münasibətilə Zati-alinizə və Azərbaycan xalqına Mali xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmağı özümə şərəf bilirəm.

Bu xoş fürsətdən istifadə edərək, Mali Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərini daim möhkəmləndirmək əzmində olduğumu bir daha təsdiq etmək istərdim.

Mən Zati-alinizə səmimi qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına tərəqqi və daimi firavanlıq arzulayıram.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

 

İbrahim Bubakar Keyta

Mali Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55