Sloveniya Respublikasının Prezidenti Borut Pahordan

29 iyun 2017, 17:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sloveniya xalqı adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edim, ölkənizin hərtərəfli inkişafı naminə ən xoş arzularımı çatdırım.

Sizin 2011-ci ildə Sloveniyaya rəsmi səfərinizin ölkələrimiz arasında dostluq əlaqələrinin və tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün birbaşa danışıqlar aparmağa şərait yaratdığını böyük məmnuniyyətlə xatırlayırıq. Əminəm ki, Sloveniya və Azərbaycan dünyada sülhə, sabitliyə və anlaşmaya töhfə verməklə ikitərəfli əlaqələrini genişləndirməyə və inkişaf etdirməyə davam edəcək.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

Borut Pahor

Sloveniya Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55