Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri xanım Kolinda Qrabar-Kitaroviçə

24 iyun 2017, 17:55

Hörmətli xanım Prezident,

Xorvatiya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu gün Azərbaycan-Xorvatiya əlaqələri dinamik inkişaf etməkdədir. Ümidvaram ki, daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, ikitərəfli və çoxtərəfli qaydada səmərəli əməkdaşlığımız bundan sonra da ölkələrimizin çiçəklənməsinə, xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına daim sülh və rifah diləyirəm.

Hörmətlə,


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 iyun 2017-ci il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55