Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 1 fevral tarixli 56-IVQD nömrəli Qanununa uyğun olaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №6, maddə 497; 2009-cu il, №6, maddə 419) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”na aşağıdakı məzmunda 14-1-ci bənd əlavə edilsin:
“14-1. Dövlət qulluğuna qəbul edilən şəxslər və digər dövlət qulluqçuları haqqında bu Qaydaların 9-cu bəndində nəzərdə tutulmuş məlumatların müvafiq dövlət orqanları tərəfindən Dövlət Reyestrinə vaxtında, tam və ya düzgün verilməməsi qanunvericiliklə müəyyən edilmiş inzibati məsuliyyətə səbəb olur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 iyun 2011-ci il.