İlham Əliyev mərhum energetika naziri Natiq Əliyevin məzarını ziyarət edib

13 iyun 2017, 15:20
İlham Əliyev mərhum energetika naziri Natiq Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev mərhum energetika naziri, “Şöhrət” ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin məzarını ziyarət edib.

Dövlət başçısı İlham Əliyev Fəxri xiyabanda Natiq Əliyevin məzarının önünə gül dəstələri qoydu, xatirəsinə dərin ehtiramını bildirdi.

Prezident İlham Əliyev Natiq Əliyevin oğlu Fərhad Əliyevə bir daha başsağlığı verdi.

Fərhad Əliyev atasının xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına minnətdarlıq etdi.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55