Pan-Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danqdan

31 may 2017, 19:35

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə və ailənizə, eləcə də Azərbaycan Respublikasının bütün xalqına Cənubi Afrikanın Yohannesburq şəhərindən Pan-Afrika Parlamenti adından və şəxsən öz adımdan səmimi salamlarımı və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Pan-Afrika Parlamenti Afrika İttifaqının ideallarının, üzv ölkələrdə demokratiyanın və inkişafın təşviqi istiqamətində yorulmadan çalışır. Əsas məqsədimiz üzv dövlətləri qurumumuza tam parlament statusu verəcək hüquqi mexanizmlərin ratifikasiyasına yönəltməkdir.

Qoy, hər zaman Qafqaz regionunda demokratiyanın məbədi və rəmzi olan Azərbaycan dost ölkələr və təşkilatlarla insani dəyərlərini bölüşməkdə davam etsin.

Pan-Afrika Parlamenti ilə Afrika İttifaqının dost ölkələri arasında əməkdaşlığın gücləndirilməsi ən böyük arzumuzdur.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Rocer Nkodo Danq

Pan-Afrika Parlamentinin prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55