İlham Əliyev statistiklərin subregional seminarının və MDB Statistika Xidmətləri Rəhbərləri Şurasının iclasının bir qrup iştirakçısını qəbul edib

31 may 2017, 15:00
İlham Əliyev statistiklərin subregional seminarının və MDB Statistika Xidmətləri Rəhbərləri Şurasının iclasının bir qrup iştirakçısını qəbul edib

Prezident İlham Əliyev Bakıda keçirilən yüksək səviyyəli rəsmi statistiklər üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair subregional seminarın və Azərbaycanın sədrliyi ilə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 57-ci iclasında iştirak edən yüksək səviyyəli rəsmi qonaqları qəbul edib.

Prezident İlham Əliyev həm Asiya-Sakit okean regionunu, həm də MDB məkanını əhatə edən bu cür böyük beynəlxalq tədbirin ölkəmizdə keçirilməsindən məmnunluğunu ifadə etdi. Statistika xidmətlərinin çox mühüm məsələlərlə məşğul olduğunu deyən dövlətimizin başçısı qeyd etdi ki, düzgün statistik məlumatlar, vəziyyətin dolğun analizi olmadan müxtəlif sahələrdə, o cümlədən sosial-iqtisadi, demoqrafik və istənilən digər sahədə inkişafın və perspektivlərin dəqiq planlaşdırılmasına nail olmaq mümkün deyil. Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizdə statistik xidmətin inkişafına və bu xidmətin dünyanın ən inkişaf etmiş ölkələrinin xidmətləri səviyyəsinə qaldırılmasına böyük diqqət yetirilir. Eyni zamanda, siyasi və sosial-iqtisadi keçid dövrünü yaşayan ölkələrin də təcrübəsi bizim üçün maraqlıdır. Tədbirin işinə uğurlar arzulayan dövlətimizin başçısı iclas zamanı aparılan müzakirələr və fikir mübadilələrinin səmərəli olacağına, əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.

BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutunun direktoru Aşiş Kumar iclasın Bakıda yüksək səviyyədə təşkilinə, həmçinin Azərbaycanda statistika işinə verdiyi daimi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. İclas çərçivəsində ilkin olaraq Dayanıqlı İnkişaf Məqsədləri və göstəricilərin müzakirəyə çıxarıldığını deyən Aşiş Kumar ölkələrin əldə etdiyi uğurlar ətrafında da fikir mübadiləsi aparıldığını qeyd etdi. BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutunun geniş məkanı əhatə etdiyini və buraya daxil olan ölkələrin zəngin beynəlxalq təcrübəyə malik olduğunu vurğulayan Aşiş Kumar rəhbərlik etdiyi təşkilatın ölkələrə bu sahədə lazımi kömək göstərməyə hər zaman hazır olduğunu bildirdi.

gallery-photo
SƏNƏDLƏR Müraciətlər 05 noyabr 2024
10:12
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına

Hörmətli Sammit iştirakçıları!

Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Bu gün dünyamızın...

05 noyabr 2024, 10:12
SƏNƏDLƏR Sərəncamlar 04 noyabr 2024
13:00
C.H.Musayevin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:                                        

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...

04 noyabr 2024, 13:00