30 may 2017, 20:30

Gülbacı Yusifovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Bu yaxınlarda imzaladığınız Sərəncamınıza əsasən, xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətlərinə görə mükafatlandırılanların sırasında mənim də adımın olmasına çox sevindim. Məni 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdiyiniz üçün şəxsən öz adımdan və bütün ailə üzvlərimin adından Sizə təşəkkür edirəm. Azərbaycan xalçaçılığının inkişafına olan qayğınız bizi çox sevindirir.

Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Yusifova Gülbacı Mikayıl qızı.

 Azərbaycan Respublikası, Bakı şəhəri.