İlham Əliyev Avropa Parlamentinin nümayəndə heyətini qəbul edib

22 may 2017, 11:40
İlham Əliyev Avropa Parlamentinin nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı İlham Əliyev Devid MakAlisterin böyük nümayəndə heyəti ilə ölkəmizə səfəri zamanı əməkdaşlıq və tərəfdaşlıq əlaqələri ilə bağlı səmərəli fikir mübadiləsi aparılacağına və səfərin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirdi. Nümayəndə heyətinin Azərbaycandakı geniş səfər proqramına toxunan Prezident İlham Əliyev bu səfərin ölkəmiz ilə Avropa Parlamenti və ümumilikdə Avropa təsisatları ilə əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi.

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister Azərbaycana və o cümlədən regiona səfər proqramları barədə Prezident İlham Əliyevə məlumat verdi. O, Avropa Parlamentində təmsil olunan müxtəlif siyasi qrupların üzvlərinin nümayəndə heyətinin tərkibinə daxil olduğunu dedi. Devid MakAlister bildirdi ki, səfərin məqsədi Azərbaycandakı vəziyyətlə yaxından tanış olmaqdır.

Görüşdə Azərbaycanda son illərdə gedən proseslər, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı və onun perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyət, insan haqları, fikir azadlığı məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Müraciətlər 05 noyabr 2024
10:12
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına

Hörmətli Sammit iştirakçıları!

Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Bu gün dünyamızın...

05 noyabr 2024, 10:12
SƏNƏDLƏR Sərəncamlar 04 noyabr 2024
13:00
C.H.Musayevin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:                                        

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...

04 noyabr 2024, 13:00