11:50
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarının sonuncu günündə qadın pəhləvanlarımız mübarizə aparıblar.
Heydər Əliyev adına İdman Arenasında səkkiz çəki dərəcəsi üzrə keçirilən yarışlarda qadın güləşçilərimiz 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında birinci yeri tutublar.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri idmançılarımızın qarşılaşmalarına baxıblar.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva 48 və 69 kiloqram çəki dərəcələri üzrə qalib idmançılara medalları təqdim edib.
Qalib pəhləvanlarımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.
Yarışda 48 kiloqram çəki dərəcəsində xalça üzərinə çıxan Mariya Stadnik həlledici görüşdə türkiyəli Evin Demirhan üzərində təmiz qələbə qazanaraq qızıl medala sahib olub. Bu çəki dərəcəsində bürünc medalı Əlcəzair idmançısı Xeyra Çeyma Yahyaoi aktivinə yazdırıb.
İlk görüşdə Türkiyə təmsilçisi Burcu Kebici tam üstünlüklə məğlub edən gənc pəhləvanımız Leyla Qurbanova (53 kq) ikinci oyunda qazaxıstanlı Aygül Nuralimə qalib gələrək İslamiadanın çempionu adına layiq görülüb. Bu çəki dərəcəsi üzrə yarışda ikinci yeri türkiyəli Burcu Kebic, üçüncü yeri isə qazaxıstanlı Aygül Nuralim tutublar.
Yarışda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Tatyana Omelçenko fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Çempionluğa gedən yolda idmançımız kamerunlu Tiako Essombeni və Türkiyə güləşçisi Qamze Nur Adakanı vaxtından əvvəl təmiz qələbə ilə məğlub edib. Bu çəki dərəcəsində gümüş medala türkiyəli atlet, bürünc medala isə kamerunlu idmançı layiq görülüb.
Digər idmançımız Elis Manolova (69 kq) həlledici qarşılaşmada Qazaxıstan güləşçisi Jamila Bakbergenova ilə üz-üzə gəlib. Görüşdə rəqibinin kürəyini yerə vuran Elis Manolova İslamiadanın qızıl medalına sahib olub. Bu çəki dərəcəsində bürünc medallar banqladeşli Şerin Sultanaya və Türkiyə təmsilçisi Buse Tosuna nəsib olub.
Azərbaycan güləşçisi, birinci Avropa Oyunlarının bürünc mükafatçısı, qitə çempionu Natalya Sinişin (55 kq) nigeriyalı Odunayo Folasade Adekuoroye ilə üz-üzə gəldiyi həlledici görüşdə gümüş medalla kifayətlənməli olub. Bu çəki dərəcəsində bürünc medalı türkiyəli Bediha Gün aktivinə yazdırıb.
Qadın güləşçilərimizdən növbəti gümüş medalı Alyona Kolesnik (58 kq) qazanıb. Avropa çempionu olan idmançımız Qırğızıstan güləşçisi Aysulu Tinibekova ilə qarşılaşdığı final görüşündə ikinci yerlə kifayətlənib. Bürünc medala Türkiyə güləşçisi Dərya Bayhan layiq görülüb.
Güləş üzrə qadınlardan ibarət milli komandamızın aktivinə üçüncü gümüş medalı 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Səbirə Əliyeva yazdırıb. Ardıcıl üç görüşdə qalib gələn pəhləvanımız gümüş medalı Türkiyə təmsilçisi Yasemin Adar ilə mübarizədə qazanıb. Bürünc medala isə qırğızıstanlı Ayperi Medetqızı sahib olub.
Azərbaycanın qadın güləşçilərdən ibarət yığma komandasının aktivinə bürünc medalı Elmira Qəmbərova (63 kq) yazdırıb. İdmançımız üçüncü yer uğrunda görüşdə kamerunlu Berte Emilen Etan Nqollaya qalib gəlib. Bu çəki dərəcəsində qızıl medala nigeriyalı Blessinq Oborududu, gümüş medala türkiyəli Hafizə Şahin, digər bürünc medala isə Qazaxıstan idmançısı Zarina Kunanqarayeva layiq görülüblər.
Beləliklə, Azərbaycanın kişi və qadın güləşçiləri İslamiadada ümumilikdə 12 qızıl, 6 gümüş və 5 bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə pəhləvanlarımız yarışlarda 4 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olublar. Sərbəst güləşçilərimiz milli komandamızın aktivinə 4 qızıl, 2 gümüş və 1 bürünc medal yazdırıblar. Qadın pəhləvanlarımız isə İslamiadanı 4 qızıl, 3 gümüş və 1 bürünc medalla başa çatdırıblar.








Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Sizi və Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm.
Bu hadisə uzun illər davam edən münaqişəyə son qoymağa, regionda sülhü, qarşılıqlı anlaşmanı və sabitliyi...
06 noyabr 2026, 21:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Sizi Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm.
8 Noyabr 2020-ci il müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Vətən müharibəs...
06 noyabr 2026, 20:19Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
8 Noyabr - Zəfər Günü münasibətilə Suriya Türkman Məclisi adından Sizi, qardaş Azərbaycan xalqını səmimiyyətlə təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan şərəf d...
06 noyabr 2026, 20:18Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Zati-alinizi və Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu əlamətdar gün Azərbaycan xalqının milli iradəsinin, birliyinin və V...
06 noyabr 2026, 20:17
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Zəfər Günü və Dövlət Bayrağı Günü kimi əlamətdar bayramlar münasibətilə "ACWA" şirkəti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının qardaş xalqına ən səmimi ...
06 noyabr 2026, 13:05