11:50
IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş yarışları başlayıb.
Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışların birinci günündə sərbəst güləşçilərimiz 2 qızıl və 1 gümüş medal qazanıblar.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmalarına baxıblar.
Sərbəst güləş yarışlarının birinci günündə dörd çəki dərəcəsində qaliblər müəyyənləşib. Yarışda 57 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Mahir Əmiraslanov gərgin idman mübarizəsi şəraitində keçən həlledici qarşılaşmada Qazaxıstan təmsilçisi Jandos İsmailova qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. Bu çəki dərəcəsində bürünc medallara Türkiyə təmsilçisi Nəbi Uzun və Özbəkistan idmançısı Nodircon Safarov layiq görülüblər.
Sərbəst güləş üzrə komandamızın aktivinə ikinci qızıl medalı yarışlarda 97 kiloqram çəki dərəcəsində mübarizə aparan Nurməhəmməd Hacıyev yazdırıb. Pəhləvanımız final görüşündə İran idmançısı Amir Mohammadini böyük hesabla məğlub edərək İslamiadanın qızıl medalını qazanıb. Bu çəki dərəcəsində bürünc medallara qazaxıstanlı Mamed İbrahimov və türkmənistanlı Yusup Melejayev sahib olublar.
Hər iki çəki dərəcəsi üzrə qalib idmançılara medalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva təqdim edib.
Çempion idmançılarımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.
Azərbaycan pəhləvanı Məhəmməd Müslümov (65 kq) isə İran təmsilçisi Meysam Nasiri ilə qarşılaşdığı final görüşündə gümüş medalla kifayətlənməli olub. Bu çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsində Ma'Bunde Cumba Ma'Bali (Qvineya-Bissau) və İlyas Jumay (Qazaxıstan) yer alıblar.
Beləliklə, sərbəst güləş yarışlarının ilk günündə Azərbaycan idmançıları 2 qızıl və 1 gümüş medal qazanıblar.


















Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Sizi və Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm.
Bu hadisə uzun illər davam edən münaqişəyə son qoymağa, regionda sülhü, qarşılıqlı anlaşmanı və sabitliyi...
06 noyabr 2026, 21:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Sizi Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm.
8 Noyabr 2020-ci il müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Vətən müharibəs...
06 noyabr 2026, 20:19Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
8 Noyabr - Zəfər Günü münasibətilə Suriya Türkman Məclisi adından Sizi, qardaş Azərbaycan xalqını səmimiyyətlə təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan şərəf d...
06 noyabr 2026, 20:18Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Zati-alinizi və Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu əlamətdar gün Azərbaycan xalqının milli iradəsinin, birliyinin və V...
06 noyabr 2026, 20:17
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Zəfər Günü və Dövlət Bayrağı Günü kimi əlamətdar bayramlar münasibətilə "ACWA" şirkəti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının qardaş xalqına ən səmimi ...
06 noyabr 2026, 13:05