18:43

Romada İtaliyanın birləşməsinin 150 illiyinə və Respublika Gününə həsr olunmuş rəsmi parad keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitanonun dəvəti ilə bayram mərasimində iştirak etmişdir.
Mərasimin iyunun 2-də keçirilməsi isə 65 il əvvəl -1946-cı il iyunun 2-də referendum yolu ilə monarxiyanın ləğvi və İtaliyanın respublika elan olunması ilə bağlıdır.
Bayram mərasimində iştirak etmək üçün paytaxt Romaya 80-dən çox ölkənin nümayəndə heyəti gəlmişdir. Ölkələrin əksəriyyəti dövlət və hökumət başçıları səviyyəsində təmsil olunmuşlar.
İtaliyanın birləşməsi bu ölkə tarixinin ən önəmli səhifələrindən biridir. XIX əsrin ilk illərində İtaliyanın I Napoleon tərəfindən işğal edilərək Fransa təəbəliyinə qatılması ölkədə böyük narazılıqlara səbəb olmuşdu. Napoleon Bonapart taxtdan endirildikdən sonra, Vyana Konqresi İtaliyanın işğaldan əvvəlki krallıqlara verilməsi ideyasını dəstəkləmişdi. Beləliklə, Papalıq dövləti, Sardiniya-Piemonte, Toskana, Modena və Lombardiya-Venesiya krallıqları yenidən qurulmuşdur.
Bu ərəfədə “Karbonari” adlandırılan gizli dərnəklər İtaliyanın birləşməsi istiqamətində fəaliyyətə başlamışlar. Cüzeppe Mazzini və Cüzeppe Haribaldinin rəhbərlik etdiyi bu dərnəklərin fəaliyyəti nəticəsində birləşmə ideyası İtaliyada tədricən ümummilli məsələyə çevrilmişdir. Birləşmə məsələsində Fransanın da dəstəyini almağa müvəffəq olan İtaliya 1859-cu ildə bu ölkə ilə birlikdə Avstriyanı məğlub etmiş və təsir dairəsində olan bütün İtaliya krallıqları Sürix sülhü ilə onun nəzarətindən çıxmışdır.
1861-ci ildə paytaxtı əvvəlcə Turin, sonra Florensiya, daha sonra Roma olmaqla birləşmiş İtaliya Krallığı yaranmışdır. 1946-cı ildən etibarən isə İtaliya respublikadır. İndi bu ölkə Avropanın qabaqcıl dövlətlərindən biridir.
Romada bayram təntənələrinin mərkəzi “İmperator forumları” meydanıdır. Bu meydan Romanın məşhur Venesiya prospektini Kolizeylə birləşdirir. İndiki bayramın əsas mərasimi də məhz bu meydanda olmuşdur. Burada təntənəli rəsmi parad keçirilmişdir. İtaliya hökuməti 150 il bundan əvvəl ölkənin birləşməsində iştirak etmiş müxtəlif millətlərin nümayəndələrini və müttəfiq dövlətlərin hərbçilərini də hərbi parada dəvət etmişdir. Paradda beş mindən çox hərbçi iştirak etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri də paradda dövlət bayrağı ilə təntənəli keçid etmişlər.
Sonda aviasiya şousu nümayiş etdirilmişdir.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Pakistanın Baş naziri dövlətimizin başçısına Hindistanın ölkəsinə qarşı hərbi hücumları və...
15 may 2025, 13:10Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11...
15 may 2025, 12:20Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin...
15 may 2025, 11:50Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 12-ci, 13-cü, 15-ci, 20-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Vergi...
15 may 2025, 11:48Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis...
15 may 2025, 11:46PDF yükləyin
15 may 2025, 11:44Azərbaycan Respublikasının
2025-ci il 1 may tarixli Qanunu ilə
təsdiq edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə...
15 may 2025, 11:42Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Kontitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”...
15 may 2025, 11:40Hörmətli cənab Baş nazir,
Ölkənizdə keçirilmiş parlament seçkilərində başçılıq etdiyiniz Albaniya Sosialist Partiyasının qələbəsi münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Lideri olduğunuz partiyanın bu yeni uğuru Albaniyanın...
15 may 2025, 10:20Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq qərara alıram: ...
14 may 2025, 13:19Hörmətli cənab Prezident,
Paraqvay Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki,...
14 may 2025, 11:11