İlham Əliyev Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədrinin müavinini qəbul edib

16 may 2017, 16:45
İlham Əliyev Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədrinin müavinini qəbul edib

Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlaynı qəbul edib.

Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlayn ulu öndər Heydər Əliyev ilə görüşünü və Ümummilli Liderin onunla apardığı çox maraqlı söhbəti məmnunluqla xatırladı. O, Amerika yəhudi icmasının Azərbaycanda yəhudi məktəbinin inşasına investisiya qoymağı planlaşdırdığını diqqətə çatdırdı.

Malkolm Honlayn Azərbaycan-ABŞ əlaqələrindən, o cümlədən Amerika yəhudiləri ilə ölkəmiz arasında uğurlu əməkdaşlıqdan məmnunluğunu ifadə etdi və bu əməkdaşlığın daha da gücləndirilməsinin önəmini vurğuladı.

Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlaynın ölkəmizə böyük nümayəndə heyəti ilə bundan əvvəlki səfəri zamanı onunla görüşünü xatırladı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanın yəhudi icması ölkəmizdə digər xalqların nümayəndələri ilə birlikdə dinc və əmin-amanlıq şəraitində yaşayır.

Söhbət zamanı Azərbaycanda bu ilin “İslam Həmrəyliyi İli” elan olunması, hazırda Bakıda İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsi və yüksək səviyyədə təşkil edilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəniyyətlərarası dialoqun gücləndirilməsi işinə ölkəmizin töhfəsi kimi dəyərləndirildi, Azərbaycanda multikulturalizm mühitinin təmin olunmasının əhəmiyyətindən danışıldı və bu istiqamətdə görülən tədbirlərin maraqla izlənildiyi qeyd olundu.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Müraciətlər 05 noyabr 2024
10:12
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına

Hörmətli Sammit iştirakçıları!

Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Bu gün dünyamızın...

05 noyabr 2024, 10:12
SƏNƏDLƏR Sərəncamlar 04 noyabr 2024
13:00
C.H.Musayevin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:                                        

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...

04 noyabr 2024, 13:00