Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə yarışlara baxıb

13 may 2017, 21:00
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə yarışlara baxıb

Mayın 13-də bədii gimnastika üzrə Azərbaycan milli komandası IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva gimnastların yarışlarına baxıb.

Paytaxtımız 23 idman növünün təmsil olunduğu IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir. Həm dünya, həm İslam aləmi üçün önəmli olan bu Oyunların proqramına ilk dəfə olaraq gimnastika idman növü də daxil edilib. Oyunlar çərçivəsində gimnastikanın 3 növü üzrə - bədii gimnastika, qadın və kişi idman gimnastikası üzrə yarışlar təşkil olunur.

Yarışda iştirak edən ölkələr növbə ilə Milli Gimnastika Arenasının səhnəsini bölüşdülər. Rəqs elementləri, balet və musiqinin incəsənət və idmanla vəhdətindən ibarət olan bədii gimnastika idmanın ən cəlbedici və gözəl növlərindən hesab edilir. Kompozisiyalı idman növü olan bədii gimnastikanın əsas xüsusiyyəti çox yüksək bədən çevikliyi və fəallıq tələb edən və gimnastların çıxış üçün seçdikləri musiqi ilə mükəmməl ahənglə təqdim etdikləri ən çətin akrobatik hərəkət elementlərinin bir-biri ilə birləşməsidir. Bu idman növündə incəlik və zəriflik var. Fərdi yarışlarda çıxışın ümumi müddəti 1 dəqiqə 15 saniyədən 1 dəqiqə 30 saniyəyədək, qrup yarışlarında isə 2 dəqiqə 15 saniyədən 2 dəqiqə 30 saniyəyədək çəkir.

Azərbaycanda son illərdə bədii gimnastikanın inkişafına xüsusi diqqət yetirilib. Bunun nəticəsində bu idman növündə ölkəmiz qələbələr qazanıb. Mayın 12-də - Oyunların möhtəşəm açılış mərasimi günü Milli Gimnastika Arenasında start verilən gimnastika yarışlarına ayın 15-də yekun vurulacaq.

Yığma komandamızın üzvləri Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirovanın iki yarış günü ərzində 4 hərəkətin - halqa, top, gürzlər, lent hərəkətlərinin cəmində göstərdikləri nəticə 128.200 bal ilə qiymətləndirilərək komandamıza İslamiadanın çempionluğunu qazandırıb. Komandamız bu xalların 65.250-sini mayın 12-də top və halqa ilə yarışlarda toplayıb.

İkinci yerdə 123.850 balla Özbəkistan, üçüncü yerdə isə 101.650 balla Türkiyə milli komandaları qərarlaşdılar.

Yarışlar başa çatandan sonra mükafatlandırma mərasimi oldu.

Medalları qaliblərə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva təqdim etdi.

“Bakı-2017”nin çempionu olan bədii gimnastika komandamızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirildi, dövlət bayrağı qaldırıldı.

Mayın 14-də müxtəlif alətlər üzrə fərdi yarışlarda final mərhələsi keçiriləcək.

Xatırladaq ki, Marina Durunda və Jalə Piriyeva lent və gürzlərlə hərəkətlərdə finala yüksəliblər.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 06 iyul 2026
15:30
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 225-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli...

06 iyul 2026, 15:30
SƏNƏDLƏR Fərmanlar 06 iyul 2026
15:28
“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 422-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

06 iyul 2026, 15:28
SƏNƏDLƏR Fərmanlar 03 iyul 2026
12:19
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:       ...

03 iyul 2026, 12:19
SƏNƏDLƏR Fərmanlar 03 iyul 2026
12:18
“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət əmlakının...

03 iyul 2026, 12:18
SƏNƏDLƏR Qanunlar 03 iyul 2026
12:17
Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10–13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan...

03 iyul 2026, 12:17
SƏNƏDLƏR Fərmanlar 02 iyul 2026
16:13
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006,...

02 iyul 2026, 16:13