Birinci vitse-prezident Mehriban Əliyeva ISESCO-nun baş direktoru ilə görüşüb

05 may 2017, 13:40
Birinci vitse-prezident Mehriban Əliyeva ISESCO-nun baş direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mayın 5-də Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüblər.

Görüşdə ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva qurumun baş direktorunu yenidən Bakıda görməkdən şad olduğunu bildirdi, Azərbaycan ilə təşkilat arasında səmərəli əməkdaşlığın qurulduğunu dedi.

Mehriban Əliyeva IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində aparılacaq müzakirələrin dünyanı narahat edən bir çox məsələlərin həllinə töhfə verəcəyinə əminliyini bildirdi.

ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri yenidən Bakıda olmaqdan məmnunluğunu ifadə etdi. O, Forumun gündəliyində olan məsələlərin qlobal əhəmiyyət daşıdığını vurğuladı.

gallery-photo
SƏNƏDLƏR Məktublar 06 noyabr 2026
13:05
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Zəfər Günü və Dövlət Bayrağı Günü kimi əlamətdar bayramlar münasibətilə "ACWA" şirkəti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının qardaş xalqına ən səmimi ...

06 noyabr 2026, 13:05