İlham Əliyev Qətərin sabiq Baş naziri və xarici işlər nazirini qəbul edib

29 aprel 2017, 10:35
İlham Əliyev Qətərin sabiq Baş naziri və xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Qətər Dövlətinin sabiq Baş naziri və sabiq xarici işlər naziri Şeyx Həməd bin Casim bin Cabir Al Tanini qəbul edib.

Həməd bin Casim bin Cabir Al Tani Azərbaycana səfərindən keçən 10 il ərzində ölkəmizdə inanılmaz dərəcədə böyük dəyişikliklərin şahidi olduğunu dedi və paytaxtımızda aparılan çox böyük abadlıq və inkişaf proseslərinə valeh olduğunu bildirdi. Həməd bin Casim bin Cabir Al Tani Qətərdən və ölkəsinin yerləşdiyi regiondan Azərbaycana artıq çoxsaylı turistlərin gəlməsini məmnunluqla qeyd etdi.
Prezident İlham Əliyev son illər Azərbaycanda gedən inkişaf-quruculuq işlərinə toxundu, insanların rahat yaşayışı üçün böyük həcmdə investisiyanın yatırıldığını dedi. Dövlətimizin başçısı Azərbaycanda, o cümlədən Bakı şəhərində həyata keçirilən genişmiqyaslı işlərdən danışdı.

Görüş zamanı ölkələrimiz arasında hava nəqliyyatı, turizm, kənd təsərrüfatı, enerji, neft-kimya, birgə sərmayə qoyuluşu sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, Azərbaycan-Qətər ikitərəfli əlaqələrinin genişləndirilməsinin önəmi qeyd olundu.

gallery-photo
SƏNƏDLƏR Müraciətlər 05 noyabr 2024
10:12
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına

Hörmətli Sammit iştirakçıları!

Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Bu gün dünyamızın...

05 noyabr 2024, 10:12
SƏNƏDLƏR Sərəncamlar 04 noyabr 2024
13:00
C.H.Musayevin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:                                        

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...

04 noyabr 2024, 13:00