Azərbaycan-Qətər sənədləri imzalanıb

27 fevral 2017, 14:00
Azərbaycan-Qətər sənədləri imzalanıb

Prezident İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə Azərbaycan-Qətər sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu Qətərin mədəniyyət və idman naziri Salah bin Qanem bin Nasser Al Ali və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu Qətərin mədəniyyət və idman naziri Salah bin Qanem bin Nasser Al Ali və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzaladılar.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Qətər Limanları İdarəetmə Şirkəti “MWANİ Qatar” arasında Anlaşma Memorandumunu Qətərin nəqliyyat və rabitə naziri Cassem bin Saif Al Sulaiti və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev imzaladılar.

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası və Qətər Dövləti Mülki Aviasiya Administrasiyası arasında Anlaşma Memorandumunu Qətərin nəqliyyat və rabitə naziri Cassem bin Saif Al Sulaiti və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında hava daşımalarına dair” Sazişə əlavə Protokolu Qətərin nəqliyyat və rabitə naziri Cassem bin Saif Al Sulaiti və Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında kökü kəsilmək təhlükəsi qarşısında olan vəhşi təbiətin qorunması və onun təbii mühitinin mühafizəsi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunu Qətərin bələdiyyə və ekologiya naziri Mohamed bin Abdullah Al Rumaihi və Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov imzaladılar.

                                                                                                X X X

Fevralın 27-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 09 may 2025
10:56
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 185-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel...

09 may 2025, 10:56
SƏNƏDLƏR Sərəncamlar 08 may 2025
16:27
Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının...

08 may 2025, 16:27