İlham Əliyevin Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker ilə görüşü olub

06 fevral 2017, 19:15
İlham Əliyevin Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker ilə görüşü olub

Prezident İlham Əliyevin Brüsseldə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıqdan məmnunluq bildirildi, əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olundu. Vurğulandı ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni əməkdaşlıq və tərəfdaşlıq sənədi üzərində iş gedir və bu sənəd imzalanandan sonra münasibətlərimiz bütün sahələrdə daha da möhkəmlənəcək və genişlənəcək.

Söhbət zamanı Azərbaycanın dünya ölkələri, o cümlədən Avropa İttifaqı ilə sivilizasiyalar və mədəniyyətlər arasında dialoq sahəsində çox yaxşı əməkdaşlıq əlaqələrinin olduğu qeyd edildi.

Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə, eyni zamanda, təhsil və humanitar sahələrdə də yaxşı əməkdaşlıq əlaqələrinin qurulduğu bildirildi.

Söhbət zamanı Azərbaycanda iqtisadiyyatın və ixracın şaxələndirilməsinin prioritet məsələ olduğu diqqətə çatdırıldı, enerji və nəqliyyat sahələrində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

X x x

Prezident İlham Əliyevin Belçika Krallığına səfəri başa çatıb.

gallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55