İlham Əliyev Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti ilə görüşüb

18 yanvar 2017, 18:40
İlham Əliyev Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev  Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində mövcud əməkdaşlıqdan məmnunluq ifadə olundu. “Cənub Qaz Dəhlizi”, TANAP və TAP layihələri, həmçinin İon Adriatik boru kəməri ilə bağlı mövcud planlar müzakirə edildi. Gələn ay Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti görüşünün keçiriləcəyi bildirildi. TAP, TANAP və “Şahdəniz” layihələrinin maliyyələşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55