İlham Əliyevin Davosda Norveçin xarici işlər naziri ilə görüşü olub

17 yanvar 2017, 11:10
İlham Əliyevin Davosda Norveçin xarici işlər naziri ilə görüşü olub

Prezident İlham Əliyevin Davosda Norveç Krallığının xarici işlər naziri Borge Brende ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə Norveç arasında əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi. Norveçin bir sıra şirkətləri, xüsusilə Statoil şirkəti ilə Azərbaycan arasında yaxşı əməkdaşlığın həyata keçirildiyi bildirildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55