10:55

- Hörmətli cənab Prezident!
Hörmətli xanım Liviya Klausova!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Sizi və rəhbərlik etdiyiniz nümayəndə heyətini məmnuniyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz.
Cənab Prezident, ölkəmizə ilk səfəriniz Azərbaycan-Çexiya münasibətlərində əlamətdar hadisədir. İnanıram ki, bu səfəriniz müxtəlif sahələrdə əməkdaşlığımızın daha da inkişaf etdirilməsində mühüm rol oynayacaqdır.
Keçirdiyimiz görüşlər, apardığımız danışıqlar və fikir mübadiləsi, habelə imzalanan sənədlər və bugünkü biznes forum əlaqələrimizin yeni mərhələyə qalxmasına təkan verəcəkdir.
Mən ikitərəfli münasibətlərimizin inkişaf etməsi və keyfiyyətcə yeni mərhələyə qalxması məqsədi ilə qarşılıqlı səylərin artırılmasını vacib sayıram.
Bu gün ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli şərait və imkanlar vardır. Azərbaycanda gedən böyük tikinti işlərində çex banklarının da kreditor qismində iştirak etməsi müsbət haldır. Eyni zamanda, Çexiya Respublikasının enerji bazarında Azərbaycan nefti mühüm yer tutur. Bu baxımdan əlaqələrimizin daha da intensivləşdirilməsi üçün hər iki ölkənin iqtisadi subyektləri arasında birbaşa əməliyyatların aparılmasına ehtiyac yaranmışdır.
Ölkələrimiz beynəlxalq və regional təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Azərbaycanın xarici siyasətində Avropa İttifaqı və Avratlantik strukturlarla əlaqələr mühüm yer tutur. BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurasında əməkdaşlığımız məmnunluq doğurur.
Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün bundan sonra da öz töhfəsini verməyə hazırdır. Biz enerji resurslarımızın bütün istiqamətlərdə dünya bazarlarına çıxarılmasında maraqlıyıq və müxtəlif layihələr üzərində işləyirik. Enerji sahəsində əməkdaşlıq Avropa İttifaqı ilə münasibətlərimizin əsas istiqamətlərindən biridir. Azərbaycan ilə Avropa İttifaqı arasında 2006-cı ildə imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında anlaşma memorandumu, eləcə də bu ilin yanvar ayında imzalanmış “Cənub” qaz dəhlizi haqqında Birgə Bəyannamə bunun bariz nümunəsidir.
Son illər Azərbaycanda həyata keçirilən konkret layihələr ölkəmizin dinamik inkişafını təmin edir, regionda əməkdaşlıq proseslərinə müsbət təsir göstərir. Görülən işlər nəticəsində Azərbaycan sürətlə inkişaf edir. Hətta dünya maliyyə böhranının çətin illərində belə ölkəmizin iqtisadi inkişafı davam etmişdir. Bunun nəticəsi olaraq, son yeddi ildə ölkədə ümumi daxili məhsul təxminən 3 dəfə, 2009-cu və 2010-cu illərdə iqtisadiyyatımız 14 faiz artmış, valyuta ehtiyatları təxminən 35 milyard ABŞ dollarına çatdırılmış, yoxsulluq səviyyəsində yaşayan insanların sayı 5 dəfə azalmış, ölkəmizə 80 milyard dollardan çox sərmayə qoyulmuş, 900 mindən çox yeni iş yeri açılmışdır.
Lakin təəssüflə qeyd etməliyəm ki, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu günə kimi həll edilməmişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi – Dağlıq Qarabağ və ətrafdakı yeddi rayon hələ də işğal altında qalmaqdadır. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə siyasəti aparılmış, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, ATƏT, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bu münaqişə yalnız beynəlxalq hüquq normalarına uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Hörmətli cənab Prezident!
Bir daha Sizi ürəkdən salamlayır, Sizə cansağlığı, ölkənizə və xalqınıza daim inkişaf və tərəqqi arzulayıram.
Bu badəni Sizin və xanımızın sağlığına, Çexiya Respublikası ilə Azərbaycan arasında səmimi dostluq və faydalı əməkdaşlıq əlaqələrinin inkişafının şərəfinə qaldırıram.
PDF yükləyin
28 fevral 2025, 14:47Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının 7 şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi...
28 fevral 2025, 14:45Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...
28 fevral 2025, 13:13Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan...
27 fevral 2025, 16:12Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli cənab Prezident, əziz qardaşım.
Əziz qonaqlar, xanımlar və cənablar.
Əziz qardaşım, xoş gəlmisiniz. Bir daha Sizə “Xoş gəlmisiniz!” deyirəm. Sizin son səfəriniz yadımdadır, noyabr ayında...
27 fevral 2025, 15:23Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Türkiyə Respublikasının ictimai-siyasi həyatında və dövlət idarəçiliyində artıq 25 ilə yaxın bir dövr ərzində müstəsna yer tutan, daim yenilənməkdə, inkişafda və yüksəlişdə olan Ədalət və...
27 fevral 2025, 10:03Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb,...
26 fevral 2025, 14:56