Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləğinin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

23 dekabr 2016, 18:03

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycanın olimpiya çempionlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği artırılaraq 1300 (min üç yüz) manat müəyyən edilsin.

2. “Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 798 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 594; 2006, № 5, maddə 403; 2008, № 1, maddə 5, № 9, maddə 793) 1-ci hissəsinin birinci cümləsində “min” sözü “1300 (min üç yüz)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu Fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2016-cı il.

SƏNƏDLƏR Müraciətlər 02 sentyabr 2026
11:24
“Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına

Hörmətli Konfrans iştirakçıları,

Sizi “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının açılışı münasibətilə salamlayıram.

Artıq ...

02 sentyabr 2026, 11:24
SƏNƏDLƏR Məktublar 02 sentyabr 2026
11:12
Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab To Lama

Zati-aliləri,

Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

İqtisadi inkişafın təmin edilməsi, əh...

02 sentyabr 2026, 11:12
XƏBƏRLƏR Tədbirlər 31 avqust 2026
14:55
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il avqustun 31-də Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib.

Liderlər 8 avqust 2025-ci il tarix...

31 avqust 2026, 14:55