BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə prezidenti Qordon Birrelldən

23 dekabr 2016, 18:02

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı və firavanlıq arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək Sizi və Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə də təbrik etmək istəyirəm. Sizə və Azərbaycan xalqına müvəffəqiyyət və rifah diləyirəm.

BP şirkəti olaraq biz Azərbaycana böyük önəm veririk və gələn il buradakı fəaliyyətimizin 25 illiyini qeyd edəcəyimizdən qürur duyuruq. Bu illər ərzində biz regionda dünya səviyyəli bir sıra layihələr həyata keçirmişik. Bu layihələrin gerçəkləşməsi Sizin dəstəyiniz və rəhbərliyiniz sayəsində mümkün olmuşdur. Biz, həmçinin Azərbaycan Hökuməti ilə SOCAR-ın məhsuldar və etibarlı əməkdaşlığını yüksək qiymətləndirir, əmin olduğumuzu bildiririk ki, bu münasibətlər gələcəkdə də davam edəcək.

Hörmətlə,

Qordon Birrell

BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə

regionu üzrə prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55