İlham Əliyev Ağdam rayonuna səfərə gəlib

03 dekabr 2016, 13:00
İlham Əliyev Ağdam rayonuna səfərə gəlib

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtərə səfərlərini başa çatdıraraq Ağdam rayonuna gəliblər.

Ddövlətimizin başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağdam rayonunun Quzanlı qəsəbəsində ucaldılmış abidəsinin önünə gül dəstələri qoyublar.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verdi.

Bildirildi ki, Ağdam rayonunda da geniş bərpa və yenidənqurma işləri davam etdirilir. Sosial təyinatlı layihələrin icrası diqqət mərkəzində saxlanılır, yol infrastrukturunun yaradılması ilə bağlı tədbirlər görülür. Bundan əlavə, rayonun müxtəlif kəndlərində həm məktəb, həm də uşaq bağçalarının tikintisi və yenidən qurulması həyata keçirilir.

Dövlətimizin başçısına və xanımına gələcəkdə Ağdamda inşası nəzərdə tutulan istehsal təyinatlı müəssisələr barədə də məlumat verildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55