15:05
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılışında iştirak edib.
09 may 2025, 15:05Bu il aprelin əvvəllərində Ermənistan silahlı qüvvələri Ağdam və Tərtər rayonlarında qoşunların təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutmaları nəticəsində mülki əhalinin həlak olması və yaralanması ilə yanaşı, bir çox evlərə də ciddi ziyan dəyib.
Hadisədən dərhal sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə təmas xəttinə gələrək cəbhəboyu zonada vəziyyətlə yerində tanış olmuş, sakinlərlə görüşmüş, dağılmış evlərə baxmışdı. Prezident İlham Əliyev tamamilə dağılmış evlərin yerində yeni evlərin inşası, həmçinin ziyan dəymiş evlərin və sosial obyektlərin təmiri ilə bağlı konkret tapşırıqlar vermiş və Sərəncam imzalamışdır. Rayon icra hakimiyyətləri və müvafiq dövlət qurumları həmin Sərəncamın icrası ilə bağlı bütün lazımi tədbirləri görüblər.
Tərtərə səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva apreldə ziyan dəymiş evlərdə aparılan tikinti, bərpa və təmir işləri ilə tanış oldular.
Dövlətimizin başçısı və xanımı həyətləri gəzdilər, tikilmiş və bərpa olunmuş evlərə baxdılar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə Xasay İbrahimovun evinə gəldilər. Burada dövlətimizin başçısına və xanımına görülmüş işləri əks etdirən fotostend təqdim olundu.
Azərbaycan Prezidenti İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-cı ilin mayında imzaladığı Sərəncama əsasən Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ayrılmış 3 milyon manat vəsait hesabına ümumilikdə, rayonda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib və 8 ev bərpa olunub. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görülüb.
Dövlətimizin başçısı və xanımı evdə yaradılmış şəraitlə tanış oldular, sakinlərlə görüşdülər.
Ev sahibinin qaynanası Maya Səfərova dedi: Xoş gəlmisiniz. Ən əziz qonağımız həmişə siz olasınız. Allah sizdən razı olsun. Allah sizi başımızın üzərindən əskik etməsin.
Prezident İlham Əliyev: Çox sağ olun. Biz may ayında görüşmüşdük.
Evin xanımı Elmira İbrahimova: Allah canınızı sağ eləsin. Gəldiniz, ürək-dirək verdiniz. Sonra da vəsait ayırdınız. Həmin vəsaitin hesabına görülən işlər bu gün göz qabağındadır. Allah Sizi ailənizlə birlikdə qorusun. Biz bir daha əmin olduq ki, Siz həqiqətən hər bir azərbaycanlının Prezidentisiniz. Siz bunu öz işinizlə bir daha sübut etdiniz.
Prezident İlham Əliyev: Çox sağ olun. O hadisələrdən sonra biz bütün evləri bərpa etdik. Tərtər rayonunda 250-yə yaxın evə ziyan dəymişdi. Onların bir hissəsi tam dağılmışdı. Onlar yenidən tikildi, bir hissəsi əsaslı təmir edildi, bir hissəsində cari təmir aparıldı. Yəni, 6-7 ay ərzində biz ancaq Tərtər rayonunda 250-yə yaxın evi bərpa etmişik.
Elmira İbrahimova: Allah Sizi qorusun, başımızın üzərindən əskik olmayasınız.
Çay süfrəsi arxasında davam etdirilən söhbət zamanı ailə üzvləri çətin anlarda onlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Azərbaycan Prezidenti aprel hadisələri zamanı tərtərlilərin nümayiş etdirdiyi mərdliyi və şücaəti bir daha yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ailə üzvləri ilə xatirə şəkli çəkdirdilər.
X X X
Sonra dövlətimizin başçısı və xanımı Mübariz Həsənovun düşmənin şiddətli artilleriya atəşi zamanı ciddi ziyan dəymiş və əsaslı təmir edilmiş evində oldular.
Burada da ailə üzvləri Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış evləri tamamilə yeni və daha rahat, gözəl şəkildə sakinlərə bəxş etdiyinə görə Prezident İlham Əliyevə sonsuz minnətdarlıqlarını çatdırdılar.
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılışında iştirak edib.
09 may 2025, 15:05Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.
09 may 2025, 14:40Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
09 may 2025, 14:01Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər.
09 may 2025, 13:55Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.
09 may 2025, 13:49Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel...
09 may 2025, 10:56Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan...
09 may 2025, 10:54Hörmətli cənab Federal Kansler,
Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, dost Almaniya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar...
09 may 2025, 10:52Hörmətli cənab Prezident,
Ekvador Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Ekvador arasında dostluq...
09 may 2025, 10:50Zati-müqəddəsləri.
Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi,...
09 may 2025, 10:40