18:30

Prezident İlham Əliyev CISCO şirkətinin baş vitse-prezidenti Maykl Qanserin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
CISCO şirkətinin prezidenti Con Çembers ilə Bakıda və Davosda keçirdiyi görüşləri məmnunluqla xatırlayan dövlətimizin başçısı bu şirkətin ölkəmizdə fəal işləməsinin önəmini vurğuladı və Azərbaycanda həyata keçirdikləri fəaliyyəti yüksək qiymətləndirdi. Dövlətimizin başçısı ölkəmizin inkişaf etdiyini, Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyini qeyd edərək, CISCO şirkəti ilə reallaşdırılan uzunmüddətli əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğuladı. Prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyaları sektorunun ölkə iqtisadiyyatının həmişə prioritet sahələrindən biri olduğunu diqqətə çatdıraraq, bu sahədə yaxşı nəticələr əldə edildiyini dedi və bildirdi ki, məqsədimiz bu sektorda regionda qabaqcıl yer tutmaqdır.
CISCO şirkətinin baş vitse-prezidenti Maykl Qanser XXII Bakutel sərgisində iştirak etmək üçün ölkəmizə səfərə gəldiyini bildirərək, təmsil etdiyi şirkətin Azərbaycan nümayəndəliyinin fəaliyyət göstərdiyini məmnunluqla qeyd etdi. Maykl Qanser tərəfdaşlıq əlaqələrinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, Bakıda keçirilmiş birinci Avropa Oyunları və “Formula-1” yarışları, eləcə də ölkəmizin müvafiq qurumları ilə bəzi nüfuzlu layihələrdə uğurla iştirak etdiklərini, o cümlədən Qafqaz regionunda ilk Tier-III səviyyəli data mərkəzin Azərbaycanda tikintisi ilə bağlı avadanlıq, proqram təminatı, texniki həll yolları məsələlərinin CISCO şirkətinə də həvalə olunmasını məmnunluqla qeyd etdi.
CISCO şirkətinin baş vitse-prezidenti Maykl Qanser iqtisadiyyatların, sənaye sahələrinin rəqəmsal sistemə keçdiyini vurğulayaraq, bu baxımdan ölkəmizin həmin sahədə əldə etdiyi nəticələrin onda dərin təəssürat yaratdığını dedi.

Hörmətli cənab Tramp,
Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə qazandığınız inamlı qələbə dost Amerika xalqının şəxsən Sizə, yürütdüyünüz...
06 noyabr 2024, 14:10
Noyabrın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub.
Azərbaycan...
05 noyabr 2024, 22:12
Hörmətli Sammit iştirakçıları!
Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
Bu gün dünyamızın...
05 noyabr 2024, 10:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin...
04 noyabr 2024, 13:02Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...
04 noyabr 2024, 13:00