İlham Əliyev Albaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

05 noyabr 2016, 15:10
İlham Əliyev Albaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev  Albaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Genti Qazhelinin etimadnaməsini qəbul edib.

Səfir Genti Qazheli fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Genti Qazheli etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan ilə Albaniya arasında münasibətlərin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev ölkələrimiz arasında yaxşı siyasi əlaqələrin mövcud olduğunu vurğuladı. Albaniya Prezidentinin və Baş nazirinin Azərbaycana səfərlərini və onlarla keçirdiyi görüşləri məmnunluqla xatırlayan dövlətimizin başçısı bu səfərlərin əməkdaşlığımızın inkişaf etdirilməsi baxımından çox əhəmiyyətli olduğunu dedi. İkitərəfli əlaqələrimizin inkişafına toxunan Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığımızın bu əlaqələrin əsas istiqamətlərindən biri olduğunu qeyd etdi. Dövlətimizin başçısı enerji sahəsində əlaqələrin digər istiqamətlərdə, o cümlədən sərmayə qoyuluşu, ticarət, nəqliyyat sahələrində də əməkdaşlıq üçün yaxşı imkan yaradacağını bildirdi. “Cənub Qaz Dəhlizi” kimi mühüm layihənin birgə həyata keçirilməsinin önəmini vurğulayan Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Albaniyaya investisiya yatırmaqda maraqlı olduğunu dedi. Dövlətimizin başçısı beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləyən Azərbaycan və Albaniyanın bu təsisatlar çərçivəsində əməkdaşlıqlarını davam etdirəcəklərinə ümidvar olduğunu bildirdi. İkitərəfli əlaqələrimizdə qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev Albaniyanın Azərbaycana dost ölkə olduğunu söylədi, Albaniyada da ölkəmizə eyni münasibətin göstərildiyini məmnunluqla qeyd etdi və bu baxımdan tərəfdaşlığımızın gücləndirilməsinin və bu potensialdan maksimum istifadə olunmasının vacibliyini bildirdi.

Səfir Genti Qazheli Albaniya Prezidenti Buyar Nişaninin və Baş nazir Edi Ramanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırdı. Səfir Trans-Adriatik qaz boru kəmərinin ölkəsi üçün böyük əhəmiyyət daşıdığını dedi. Diplomatik əlaqələrimizin müstəsna xarakterə malik olduğunu qeyd edən səfir Albaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi işinə sadiq qalacağını bildirdi və iqtisadi əlaqələrimizin gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı.

Dövlətimizin başçısı Albaniya Prezidentinin və Baş nazirinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Albaniyanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 07 may 2025
15:43
Sənaye parklarının bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchizatına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sənaye parklarında bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının artırılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının...

07 may 2025, 15:43
SƏNƏDLƏR Fərmanlar 07 may 2025
15:41
“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi...

07 may 2025, 15:41
SƏNƏDLƏR Qanunlar 07 may 2025
15:39
“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası...

07 may 2025, 15:39
SƏNƏDLƏR Sərəncamlar 06 may 2025
16:06
Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin, apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin və bəzi birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun...

06 may 2025, 16:06
SƏNƏDLƏR Fərmanlar 06 may 2025
16:04
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli Ərzaq Təhlükəsizliyi və Tədqiqatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam...

06 may 2025, 16:04
SƏNƏDLƏR Fərmanlar 06 may 2025
16:02
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam Respublikasının Gömrük Xidməti (Federal Gəlirlər Şurası) arasında ilkin elektron məlumat mübadiləsinin yaradılması haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam...

06 may 2025, 16:02