18:30

Prezident İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yakupitiya Kuruppu Araççic Rohanacitin etimadnaməsini qəbul edib.
Səfir Yakupitiya Kuruppu Araççic Rohanacit fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Yakupitiya Kuruppu Araççic Rohanacit etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Səfir Yakupitiya Kuruppu Araççic Rohanacit Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maitripala Sirisenanın və Baş nazir Ranil Vikremesingenin salamlarını Prezident İlham Əliyevə çatdırdı. Ölkələrimiz arasında mədəni sahədə əlaqələrin mövcud olduğunu deyən səfir bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin önəmini vurğuladı.
Azərbaycan ilə Şri-Lankanın dost ölkələr olduğunu deyən dövlətimizin başçısı hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etdiyini qeyd etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bir sıra sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğuladı. İqtisadi sahədə əməkdaşlığa toxunan dövlətimizin başçısı bu istiqamətdə ticarət dövriyyəsinin həcminin artırılmasının qarşıda duran ən mühüm məqsəd olduğunu dedi. Prezident İlham Əliyev Azərbaycan-Şri-Lanka əlaqələrinin inkişaf etdirilməsi baxımından səfirin ölkəmizdəki diplomatik fəaliyyətinin uğurlu olacağına ümidvar olduğunu bildirdi.
Dövlət başçısı Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maitripala Sirisenanın və Baş nazir Ranil Vikremesingenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Şri-Lanka Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.




Hörmətli cənab Tramp,
Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə qazandığınız inamlı qələbə dost Amerika xalqının şəxsən Sizə, yürütdüyünüz...
06 noyabr 2024, 14:10
Noyabrın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub.
Azərbaycan...
05 noyabr 2024, 22:12
Hörmətli Sammit iştirakçıları!
Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
Bu gün dünyamızın...
05 noyabr 2024, 10:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin...
04 noyabr 2024, 13:02Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...
04 noyabr 2024, 13:00