Azərbaycan və Xorvatiya prezidentlərinin təkbətək görüşü olub

24 oktyabr 2016, 10:40
Azərbaycan və Xorvatiya prezidentlərinin təkbətək görüşü olub

Rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü olub.

Görüşdə Xorvatiya Prezidentinin Azərbaycana səfərinin əhəmiyyəti vurğulandı. Dövlətimizin başçısı bu ilin əvvəlində Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransı çərçivəsində Prezident Kolinda Qrabar-Kitaroviç ilə görüşünü və Xorvatiyaya səfərlərini xatırlatdı, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu dedi.

Azərbaycana səfər etməkdən məmnunluğunu bildirən Xorvatiya Prezidenti səfər çərçivəsində keçiriləcək biznes forumun önəmini vurğuladı. Prezident Kolinda Qrabar-Kitaroviç Xorvatiya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olduqlarını qeyd etdi.

Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi. Münasibətlərimizin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olundu.

Görüşdə ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55