Bütün Rusiyanın və Moskvanın patriarxı Kirilldən

19 oktyabr 2016, 17:05

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, möhtərəm İlham Heydər oğlu!

Azərbaycan Respublikasının müstəqilliyinin 25 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan xalqı 25 il əvvəl ölkənin müstəqil inkişaf yolunu seçib. Bu qərar müstəqil suveren respublikanın həyat fəaliyyətini lazımi şəkildə təmin etməyə və insanların ümidlərini doğrultmağa qadir olan dövlət və ictimai təsisatların yaradılmasını nəzərdə tuturdu. Sizin atanız, hörmətli və nüfuzlu lider Heydər Əlirza oğlu Əliyev yeni Azərbaycan quruculuğuna sanballı töhfə verib. O, Prezident olandan sonra ölkənin taleyinə görə məsuliyyəti öz üzərinə götürüb və onun hərtərəfli inkişafının təməlini qoymağa müvəffəq olub.

Sizin başçılıq etdiyiniz respublikada bu gün müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh şəraitində yaşadığını və çalışdığını görmək fərəhlidir. Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının fəaliyyətinə göstərdiyiniz diqqətə, habelə yerli ənənələrin və zəngin mədəni irsin qorunub saxlanmasına, insanların mənəvi-əxlaqi və vətənpərvərlik ruhunda tərbiyəsinə, sosial sabitliyin və ictimai həmrəyliyin yaradılmasına yönələn dinlərarası dialoqu və məhsuldar kilsə-dövlət tərəfdaşlığını dəstəklədiyinizə görə Sizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

Sizə xalqa xidmət yolunda yenilməz güc və nailiyyətlər, bütün Azərbaycan sakinlərinə isə sülh və firavanlıq arzu edirəm.

Dərin hörmətlə,

Kirill

Bütün Rusiyanın və Moskvanın patriarxı

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55