Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin direktoru, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qutdan

18 oktyabr 2016, 17:45

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu əlamətdar gün Azərbaycan xalqının həyatına böyük tarixi hadisə kimi daxil olub. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi müdrik strategiya, həmçinin müasir mərhələdə Sizin ardıcıl, tarazlaşdırılmış və quruculuq siyasətiniz sayəsində Azərbaycan Respublikası regionun lider dövlətinə çevrilib, həm postsovet məkanında, həm də dünya birliyində özünün layiqli yerini tutub. Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin lideri kimi cəmi 25 ildə irimiqyaslı beynəlxalq neft, qaz və nəqliyyat layihələri həyata keçirib, böyük nailiyyətlər və tərəqqi əldə edib. Xarici arenada müstəqil siyasət yürüdən Azərbaycan daim sübut edir ki, başqa dövlətlər və təşkilatlarla necə işləməyi və əməkdaşlıq etməyi dünyada heç bir ölkə və heç bir iri beynəlxalq təşkilat ona diktə edə bilməz.

Bu gün istər millətlərarası, istərsə də dinlərarası münaqişələrin alovlandığı təlatümlü dünyamızda Azərbaycan bütün konfessiyaların dinc yanaşı yaşadığı sabitlik və əmin-amanlıq adasıdır. Bütün dünya aydın şəkildə görür ki, Azərbaycan bu ölkənin cəmiyyətinin həyat tərzi olan tolerantlıq və multikulturalizm siyasəti yürüdür. Bu dövlətin millətçiliyə, şovinizmə, faşizmə və terrorizmə alternativ olan öz multikulturalizm modeli var. Hətta ərazisinin 20 faizinin qonşu separatçı Ermənistan tərəfindən işğalı da həqiqi sivilizasiyalararası dialoq nümunəsi olmaqda, bütün xalqların və konfessiyaların nümayəndələrinin dinc yaşadığı məkan kimi qalmaqda Azərbaycana və onun mehriban xalqına mane ola bilməyib. Azərbaycan multikulturalizmi bütün dünyada öyrənilməli və yayılmalıdır. Məmnunluq hissi ilə bildirmək istəyirəm ki, İsrail Dövləti Azərbaycanda yaşayan bütün icmalara, eləcə də yəhudi icmasına Sizin və xalqınızın diqqət və səmimi münasibətini yüksək qiymətləndirir. Belə münasibətin dünyada presedenti yoxdur. Siz dünyəvi dövlətə, multikulturalizmə və tolerantlığa sadiq olduğunuz, Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara hörmətlə yanaşdığınız üçün İsrail cəmiyyətinin böyük hissəsinin, eləcə də dünyanın başqa dövlətlərindəki yəhudi icmasının dərin hörmətini qazanmısınız.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, rifah, fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm.

Dərin hörmətlə,

Arye Qut

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin

İsrail Dövlətindəki nümayəndəliyinin direktoru,

“Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri

SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:30
“Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekab...

16 noyabr 2026, 13:30
SƏNƏDLƏR Sərəncamlar 16 noyabr 2026
13:28
2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə ...

16 noyabr 2026, 13:28
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:25
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində idarəetmə və n...

16 noyabr 2026, 13:25
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:21
“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 500-VIIQD nömrəli Qanununun tətbiqi və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 noyabr tarixli 863 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 500-VIIQD nöm...

16 noyabr 2026, 13:21
SƏNƏDLƏR Qanunlar 16 noyabr 2026
13:20
“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır:

“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Top...

16 noyabr 2026, 13:20
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
12:09
“Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı...

16 noyabr 2026, 12:09
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
12:06
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD nömrəli Qanununun tətbiqi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD n...

16 noyabr 2026, 12:06
SƏNƏDLƏR Qanunlar 16 noyabr 2026
12:05
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunv...

16 noyabr 2026, 12:05