10:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib.
07 noyabr 2024, 10:10Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonu və Bankın Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Navid Həsəni qəbul edib.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon Azərbaycan ilə Dünya Bankının yaxın tərəfdaşlıq əlaqələrinə malik olduqlarını dedi, ölkəmizlə uğurlu əməkdaşlığa görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.
Mersi Tembon dünyada neftin qiymətinin aşağı düşdüyü bir vaxtda ölkələrin iqtisadi çətinliklə üzləşdiklərini, buna baxmayaraq iqtisadi artımın mühüm olduğunu və bu baxımdan digər əlavə mənbələrin müəyyənləşdirilməsinin vacibliyini vurğuladı. Mersi Tembon Dünya Bankının Azərbaycanı dəstəkləməyə hazır olduğunu qeyd etdi, müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində imkanları araşdırmağın zəruriliyini söylədi.
Dövlətimizin başçısı qeyri-neft sektorunun inkişaf etdirilməsinin çox mühüm əhəmiyyət daşıdığını bildirərək Azərbaycanda bu istiqamətdə böyük işlərin aparıldığını dedi.
Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulandı, bu günədək magistral yolların çəkilməsi, su təchizatı və kanalizasiya xidmətləri, məcburi köçkünlərin yaşayış standartlarının yaxşılaşdırılması, ədliyyə sistemi və digər sahələrdə 50-dən artıq layihə üzərində iş aparıldığı və bu layihələrdən 40-nın uğurla reallaşdırıldığı qeyd olundu.
Söhbət zamanı ölkəmiz ilə Dünya Bankı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib.
07 noyabr 2024, 10:10
Hörmətli cənab Tramp,
Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə qazandığınız inamlı qələbə dost Amerika xalqının şəxsən Sizə, yürütdüyünüz...
06 noyabr 2024, 14:10
Noyabrın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub.
Azərbaycan...
05 noyabr 2024, 22:12
Hörmətli Sammit iştirakçıları!
Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
Bu gün dünyamızın...
05 noyabr 2024, 10:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin...
04 noyabr 2024, 13:02