Azərbaycan və Türkiyə prezidentləri “Space” televiziyasının müxbirinin sualını cavablandırıblar

10 oktyabr 2016, 20:20
Azərbaycan və Türkiyə prezidentləri “Space” televiziyasının müxbirinin sualını cavablandırıblar

Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresinin açılışından sonra “Space” televiziyasının müxbirinin sualını cavablandırıblar.

Prezident Rəcəb Tayyib Ərdoğan: Çox xoş oldu. Qardaşımla bərabər bir arada olduq. Onun üçün də çox xoşbəxtəm.

Prezident İlham Əliyev: Biz hər zaman bir yerdəyik, bir yerdə olacağıq. Əziz qardaşımın dediyi kimi, bu gün buraya gələnlərin mütləq əksəriyyəti Türkiyəyə, əziz qardaşıma dəstək vermək üçün gəlib. Bu, çox böyük uğurdur. Türkiyə yenə də bütün dünyanı dəvət etdi, öz ətrafına yığdı. İnşallah, daha da gözəl günlərimiz olacaq, bax, həmişə belə, bərabər.

Prezident Rəcəb Tayyib Ərdoğan: Biz birik, bərabərik, qardaşıq.

gallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55