10:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib.
07 noyabr 2024, 10:10
Prezident İlham Əliyev Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sainin etimadnaməsini qəbul edib.
Yusif bin Həsən əl-Sai fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir Yusif bin Həsən əl-Sai etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Səfir Yusif bin Həsən əl-Sai Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin dövlətimizin başçısına, Azərbaycan xalqına və hökumətinə salamlarını çatdırdı. Qətərin Azərbaycana dost ölkə olduğunu qeyd edən səfir Prezident İlham Əliyevin dəstəyi ilə ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğuladı.
Azərbaycan-Qətər əlaqələrinin uğurlu inkişafından məmnunluğunu ifadə edən dövlətimizin başçısı İlham Əliyev iki ölkə arasında dost və qardaş münasibətlərinin olduğunu vurğuladı. Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin Azərbaycana rəsmi səfərinin uğurlu olduğunu xatırlayan Prezident İlham Əliyev keçirilən görüşlər zamanı səmərəli müzakirələrin aparıldığını məmnunluqla qeyd etdi. Qətər Dövlətinin Əmiri ilə bir sıra beynəlxalq forumlar çərçivəsində də görüşdüklərini deyən dövlətimizin başçısı ikitərəfli münasibətlər, həmçinin regional məsələlər ətrafında aparılan fikir mübadiləsinin önəmini vurğuladı.
Söhbət zamanı iki ölkə arasında əməkdaşlıq əlaqələrinin bir sıra sahələrdə, xüsusən kənd təsərrüfatı və turizm sahələrində böyük potensiala malik olduğu bildirildi, bu istiqamətdə səylərin artırılmasının vacibliyi diqqətə çatdırıldı.
Prezident İlham Əliyev Əmir Şeyx Təmim bin Həməd Al Taninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qətər Dövlətinin Əmirinə çatdırmağı xahiş etdi.




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib.
07 noyabr 2024, 10:10
Hörmətli cənab Tramp,
Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə qazandığınız inamlı qələbə dost Amerika xalqının şəxsən Sizə, yürütdüyünüz...
06 noyabr 2024, 14:10
Noyabrın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub.
Azərbaycan...
05 noyabr 2024, 22:12
Hörmətli Sammit iştirakçıları!
Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
Bu gün dünyamızın...
05 noyabr 2024, 10:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin...
04 noyabr 2024, 13:02