10:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib.
07 noyabr 2024, 10:10
Prezident İlham Əliyev Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Dan İankunun etimadnaməsini qəbul edib.
Səfir Dan İanku fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Dan İanku etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Azərbaycan ilə Rumıniyanın strateji tərəfdaş olduğunu qeyd edən dövlətimizin başçısı ölkəmizin dövlətlərimiz arasında əməkdaşlığı genişləndirmək və tərəfdaşlığımızı ikitərəfli, eləcə də Avropa İttifaqı-Azərbaycan və NATO-Azərbaycan əlaqələri çərçivəsində gücləndirməkdə maraqlı olduğunu dedi. Prezident İlham Əliyev Rumıniyaya dəfələrlə səfər etməsini məmnunluqla xatırlayaraq Rumıniyanı Azərbaycanın Avropadakı ən yaxın tərəfdaşlarından biri kimi dəyərləndirdi. Dövlətimizin başçısı Rumıniyanın Azərbaycanda çoxlarına yaxşı tanış olduğunu, insanların bu ölkəyə yüksək ehtiramla yanaşdıqlarını bildirdi.
Rumıniya Prezidenti Klaus Yohannisin Prezident İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdıran səfir Dan İanku ölkələrimizin strateji tərəfdaş olduqlarını vurğuladı. Rumıniyalı diplomat ölkəmizə gələrkən inkişafın və böyük potensialın, həmçinin Bakının möhtəşəmliyinin şahidi olduğunu dedi. Səfir Dan İanku Azərbaycanı Şərq ilə Qərbin, Cənubla Şimalın yolayrıcında yerləşən, zəngin və qədim tarixi və mədəniyyəti olan bir ölkə kimi xarakterizə etdi. Azərbaycanda tolerantlıq ənənələrinin böyük tarixi olduğunu qeyd edən Dan İanku Roma Papası Fransiskin ölkəmizə səfərini Azərbaycanda tolerantlığa, müxtəlifliyə, harmoniyaya ehtiramın əməli ifadəsi kimi dəyərləndirdi.
Prezident İlham Əliyev Dan İankuya uğurlar arzuladı, onun Azərbaycanda fəaliyyəti müddətində insanlarla görüşmək, ölkəmizlə tanış olmaq üçün yaxşı imkan yaranacağına ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycanda mədəni müxtəliflik, multikulturalizm kimi məsələlər üzərində fəal iş aparıldığını dedi.
Prezident İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannisin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rumıniya dövlətinin başçısına çatdırmağı xahiş etdi.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib.
07 noyabr 2024, 10:10
Hörmətli cənab Tramp,
Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə qazandığınız inamlı qələbə dost Amerika xalqının şəxsən Sizə, yürütdüyünüz...
06 noyabr 2024, 14:10
Noyabrın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub.
Azərbaycan...
05 noyabr 2024, 22:12
Hörmətli Sammit iştirakçıları!
Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
Bu gün dünyamızın...
05 noyabr 2024, 10:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin...
04 noyabr 2024, 13:02