10:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib.
07 noyabr 2024, 10:10
Prezident İlham Əliyev oktyabrın 3-də İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Prezidentlər səviyyəsində mütəmadi görüşlərin keçirilməsinin önəmini qeyd edən Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin bu ilin avqust ayında Azərbaycana və özünün İrana son rəsmi səfərini məmnunluqla xatırladı. Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə daha da yüksək səviyyəyə qaldırılmasının əhəmiyyətini vurğulayan dövlətimizin başçısı xüsusilə Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın inkişafının vacibliyini qeyd etdi. Prezident İlham Əliyev İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin ölkəmizə səfərinin bu sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.
İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli İran Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. Əbdülrza Rəhmani Fəzli dedi: “Prezident Həsən Ruhani bildirdi ki, iki tərəf arasında əldə olunan razılaşmalara əsasən işlərin daha da genişləndirilməsi və irəliləməsi üçün bütün səylər göstərilməlidir. Cənab Ruhani bu işlərin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi”.
Əbdülrza Rəhmani son illər ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini və çox yaxşı nəticələr əldə olunduğunu vurğuladı.
Görüşdə əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib.
07 noyabr 2024, 10:10
Hörmətli cənab Tramp,
Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə qazandığınız inamlı qələbə dost Amerika xalqının şəxsən Sizə, yürütdüyünüz...
06 noyabr 2024, 14:10
Noyabrın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub.
Azərbaycan...
05 noyabr 2024, 22:12
Hörmətli Sammit iştirakçıları!
Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
Bu gün dünyamızın...
05 noyabr 2024, 10:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin...
04 noyabr 2024, 13:02