Sumqayıtda Heydər Əliyev Mərkəzinin binasının açılışında İlham Əliyevin yekun nitqi

27 sentyabr 2016, 12:00
Sumqayıtda Heydər Əliyev Mərkəzinin binasının açılışında İlham Əliyevin yekun nitqi

Xoş sözlərə görə çox sağ olun. Bu gün Sumqayıtın həyatında çox əlamətdar bir gündür. Bir daha demək istəyirəm ki, belə möhtəşəm Heydər Əliyev Mərkəzinin istifadəyə verilməsi çox gözəl tarixi hadisədir. Sumqayıtın zəngin mədəni həyatı var. Dövlət Dram Teatrı binasının əsaslı təmirdən sonra açılışı da Sumqayıtın mədəni həyatına yeni bir töhfədir. Hamımız yaxşı bilirik ki, Sumqayıt kimyaçılar, gənclər şəhəri kimi salınmışdır. Ona görə gənclər şəhəri ki, Sumqayıtın qurulmasında daha çox gənclər iştirak edirdi. Bu gün Sumqayıt, eyni zamanda, ziyalılar, fəhlələr, mütəxəssislər şəhəridir, müasir sənaye mərkəzidir.

Bir daha qeyd etmək istəyirəm ki, bu gün gördüyüm Sumqayıt bulvarı doğrudan da, məndə ən xoş təəssüratlar yaratdı. Çünki bir daha gördüm ki, qarşıya qoyulan vəzifələr düzgün icra edildikdə doğrudan da möcüzələr yaratmaq mümkündür. Sumqayıt bulvarı əvvəlki Bakı bulvarından məsafə baxımından daha uzundur. Çünki ənənəvi Bakı bulvarının uzunluğu 3,5 kilometr idi. Sonra biz onu böyütdük, uzatdıq, indi 16 kilometrə çatır. Ancaq o 3,5 kilometri çar Rusiyası vaxtında bir neçə il ərzində yaradıblar. Siz isə Sumqayıt bulvarını cəmi bir il, ondan da az vaxtda yaratmısınız.

Bu, doğrudan da bir daha onu göstərir ki, bugünkü Azərbaycan güclü dövlətdir. Baxmayaraq ki, indi dünyada müəyyən iqtisadi çətinliklər var və o, bizdən də yan keçməyib, biz sosial layihələrə, insanların rahatlığına ayrılan vəsaiti təmin edirik. Bütün sosial layihələr 2017-ci ildə də icra ediləcək, ölkəmizdə yeni xəstəxanalar, məktəblər, ictimai yerlər yaradılacaq.

Bu gün burada səslənən məruzələrdə Sumqayıtda görülmüş və görüləcək işlər haqqında məlumat verildi. Bu gün burada çıxış edənlər Sumqayıtın sənaye potensialının əsas seqmentlərini təmsil edirlər. Ancaq Sumqayıtın sənayesi əlbəttə ki, daha da böyükdür. Burada onlarla, yüzlərlə müəssisə fəaliyyət göstərir. Ancaq bugünkü məruzələrdə həm görülmüş, həm də görüləcək işlər sizin diqqətinizə çatdırıldı. Həm Sumqayıt, həm də ölkə üçün əsas iki böyük sənaye layihəsi 2018-ci ildə işə düşəcək. Bunlar “SOCAR Polimer” və “SOCAR Karbamid” zavodlarıdır. Burada da qeyd edildi, bu müəssisələrin işə düşməsi nəticəsində minlərlə iş yeri yaradılacaq, eyni zamanda, bizim ixrac potensialımız artacaq. Çünki biz “SOCAR Polimer” zavodunda istehsal olunacaq məhsulun bir hissəsini ixrac edəcəyik, bir hissəsini isə daxili bazara çıxaracağıq ki, kiçik və orta sahibkarlar o xam məhsuldan istifadə edib öz müəssislərini qursunlar. Plastik məmulatlar istehsal olunacaq, idxaldan asılılıq azalacaq və biz daxili tələbatı təmin edəcəyik.

Bu gün burada məruzə edilmiş məsələlər Sumqayıtın böyük potensialını göstərir. Növbəti illərdə Sumqayıtda bu potensial artacaq, həm sənayedə, həm xidmət sektorunda, ictimai işlər sahəsində minlərlə yeni iş yeri yaradılacaq. Böyük istirahət zonaları yaradılır. O zonalarda da xidmət göstəriləcək. Beləliklə, Sumqayıtda işsizlik həmişə çox aşağı səviyyədə olmalıdır.

Əminəm ki, növbəti illərdə yeni layihələr icra ediləcək. Həm dövlət şirkətləri, eyni zamanda, özəl sektor da buna böyük maraq göstərir. Biz “SOCAR Polimer” zavodunun timsalında dövlət-özəl sektor tərəfdaşlığını da görürük. Bu da ölkəmiz üçün bir yenilikdir. Bu, çox mütərəqqi bir yanaşmadır, həm özəl sektor, həm də dövlət öz sərmayəsini qoyur və yeni gözəl müəssisələr yaradılır.

Sumqayıt şəhərinin gələcək inkişafı ilə bağlı təkliflər var. Burada istifadə olunmayan, köhnədən qalmış sənaye sahələri var. Əgər onların istifadəsi nəzərdə tutulmayacaqsa, biz onları da şəhər fonduna əlavə etməliyik ki, orada ictimai yerlər salınsın, yeni yaşayış zonaları yaradılsın. Bir sözlə, sahibkarlığın, sənayenin, xidmət sektorunun inkişafı Sumqayıtda çox uğurla gedir və əminəm ki, bundan sonra da uğurla gedəcək.

Bugünkü Sumqayıt müasir şəhərdir, Azərbaycanın gözəl guşələrindən biridir. Mən çox şadam ki, sumqayıtlılar da bu işlərdə çox fəal iştirak edirlər. Sumqayıtlılar öz şəhərinə çox bağlıdırlar. Bu gün Sumqayıtla fəxr etmək üçün bütün əsaslar var. Təsadüfi deyil ki, referendumdan bir gün sonra mənim ilk səfərim də məhz Sumqayıtadır. Mən sumqayıtlıları, onların fədakarlığını, dövlətə, dövlətçiliyimizə, müstəqilliyimizə bağlılıqlarını, ümumi işimizə verdikləri töhfələri yüksək qiymətləndirirəm. Əminəm ki, bizim görüşlərimiz bundan sonra çox olacaq. Çünki Sumqayıtda bundan sonra da açılışlar olacaq. Sizə uğurlar və cansağlığı arzulayıram. Qoy, həmişə Sumqayıt belə gözəl, abad şəhər olsun. Sağ olun.

SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15