İlham Əliyev Türkiyənin müdafiə, mədəniyyət və turizm nazirlərinin başçılıq etdikləri nümayəndə heyətlərini qəbul edib

27 sentyabr 2016, 14:50
İlham Əliyev Türkiyənin müdafiə, mədəniyyət və turizm nazirlərinin başçılıq etdikləri nümayəndə heyətlərini qəbul edib

Prezident İlham Əliyev Türkiyə Respublikasının müdafiə naziri Fikri İşıqın, mədəniyyət və turizm naziri Nabi Avcının başçılıq etdikləri nümayəndə heyətlərini qəbul edib.

Müdafiə naziri Fikri İşıq, mədəniyyət və turizm naziri Nabi Avcı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdılar.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında müdafiə, hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinin əhəmiyyətindən danışıldı.

Söhbət zamanı, ölkələrimiz arasında mədəniyyət və turizm sahəsində əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı. Son vaxtlar turizm sahəsində görülən tədbirlər nəticəsində ölkəmizdə turistlərin sayının artdığı qeyd edildi, Türkiyənin bu sahədə zəngin təcrübəyə malik olmasının əhəmiyyəti diqqətə çatdırıldı. Dünya Turizm Günündə Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcının ölkəmizə səfərinin önəmi vurğulandı.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə olundu.

Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Qanunlar 07 noyabr 2024
12:32
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası...

07 noyabr 2024, 12:32
SƏNƏDLƏR Qanunlar 07 noyabr 2024
12:30
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının...

07 noyabr 2024, 12:30