İlham Əliyev Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyasının nümayəndə heyətini qəbul edib

26 sentyabr 2016, 12:00
İlham Əliyev Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyasının nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyasının prezidenti, AŞPA-nın fəxri üzvü Goris Emiel Stefaanın başçılıq etdiyi, Malta parlamentinin spikeri, Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyası müşahidə missiyasının rəhbəri Farrugia Angelonun, eləcə də Malta, Serbiya, İtaliya, Fransa, Monteneqro, Bosniya və Herseqovina, Rumıniya parlamentlərinin deputatlarının və Avropa Şurası Parlament Assambleyasının üzvlərinin daxil olduğu nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyası kimi önəmli bir qurumu təmsil edən qonağın böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etməsindən və referendumun monitorinqi prosesində iştirakından məmnunluğunu ifadə etdi. Referendum zamanı müşahidələr aparmaq üçün 30-dan çox dövlətdən, həmçinin mühüm beynəlxalq təşkilatlardan çoxlu sayda müşahidəçilərin Azərbaycana gəldiyini vurğulayan Prezident İlham Əliyev onların səsvermənin gedişini izləmələrinin önəmini qeyd etdi. Dövlətimizin başçısı səsverməyə çıxarılan hər bir məsələ ilə bağlı ayrılmış müddət ərzində əhali arasında maarifləndirmə işlərinin aparıldığını, referendumun yüksək səviyyədə təşkil olunması istiqamətində bütün lazımi tədbirlərin görüldüyünü bildirdi. Prezident İlham Əliyev Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyasının təkcə Bakıda deyil, bölgələrdə də müşahidələr aparmasının əhəmiyyətini qeyd etdi.

Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyasının prezidenti, AŞPA-nın fəxri üzvü Goris Emiel Stefaan səhər saatlarından başlayaraq missiya nümayəndələrinin ayrı-ayrı məntəqələrdə müşahidələr apardıqlarını qeyd etdi. Görüşdən sonra missiyalarını davam etdirəcəklərini deyən Goris Emiel Stefaan günün axırında aparılacaq yekun qiymətləndirmələrdən sonra qurumun müşahidələrin nəticələri ilə bağlı bəyanatla çıxış edəcəyini bildirdi.

Malta parlamentinin spikeri, Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyası müşahidə missiyasının rəhbəri Farrugia Angelo müşahidə apardıqları məntəqələrdə səsvermənin dinc və mütəşəkkil şəkildə keçdiyinin, seçicilərin referenduma çıxarılan hər bir məsələyə diqqətlə yanaşdıqlarının şahidi olduqlarını dedi.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Qanunlar 07 noyabr 2024
12:32
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası...

07 noyabr 2024, 12:32
SƏNƏDLƏR Qanunlar 07 noyabr 2024
12:30
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının...

07 noyabr 2024, 12:30