İlham Əliyev Qaradolaq kəndi ictimaiyyətinin nümayəndələri ilə görüşdü

06 may 2011, 19:00
İlham Əliyev Qaradolaq kəndi ictimaiyyətinin nümayəndələri ilə görüşdü

Prezident İlham Əliyev Ağcabədi-Kəbirli avtomobil yolunun 24,5 kilometrlik hissəsinin açılışından sonra Qaradolaq kəndi ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Kənd sakinləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham ƏLİYEV mərasimə toplaşanları salamlayaraq dedi:

- Təbrik edirəm. Gözəl yol çəkilib.

SAKİN: Cənab Prezident, Sizə minnətdarlığımızı bildiririk. Allah köməyiniz olsun. Siz Azərbaycanın bayrağını zirvələrə qaldırmısınız. Azərbaycanımızın bayrağı həmişə uca olsun. Kəndimizin camaatı adından Sizə minnətdarlığımızı bildiririk. Buraya gəlməklə bizi şərəfləndirmisiniz.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

SAKİN: Hörmətli Prezidentimiz, bu işlərin təşəbbüskarı Sizsiniz. Siz əhali ilə görüşür, təkliflərini dinləyir, təşəbbüslərin həyata keçirilməsi üçün tapşırıqlar verirsiniz. Biz Sizə minnətdarıq. Bu büsata, bu gözəl işlərə kəm baxanların gözləri kor olsun. Kefimiz kök, damağımız çağ yaşayırıq. Sizin sayənizdə heç nədən korluğumuz yoxdur.

Prezident İlham ƏLİYEV: Yol həyat, inkişaf deməkdir. Bütün bölgələrdə kənd yolları çəkilir. Bu yol da gözəl yoldur. Bir neçə kəndi birləşdirir.
SAKİN: Gəlişinizi eşitdik, sevincimizin həddi-hüdudu yoxdur. Gözəl bir gündür, toy-bayramdır bizim üçün. Allah Sizə uzun ömür, cansağlığı versin. Allah Sizi qorusun.

Prezident İlham ƏLİYEV: Daha da çox işlər görəcəyik. Göstəriş vermişəm ki, bütün kəndlərə qaz xətləri çəkilsin. Ağcabədi rayonunda 100 faiz qazlaşdırma aparılmalıdır. İçməli su layihəsi, suvarma ilə bağlı bütün məsələlər həllini tapmalıdır. O ki qaldı kənd yollarına, gələcək mərhələlərdə biz kəndləri abadlaşdıracaq, yollar çəkəcəyik. Elə etməliyik ki, gediş-gəliş rahat olsun. Çünki bu yol torpaq yol olmuşdur. Heç vaxt bu yola asfalt vurulmamışdır. İndi görün gediş-gəliş üçün nə gözəl yoldur.

SAKİN: Cənab Prezident, Siz Ağcabədi torpağına, Qaradolaq kəndinə xoş gəlmisiniz. Biz Sizə güvənirik. Ağcabədi camaatı Sizin fəaliyyətinizi yüksək qiymətləndirir. Sizin Ağcabədiyə gəlişinizi çoxdan arzulayırdıq. Allah bizi arzumuza çatdırdı. Sevincimizin həddi-hüdudu yoxdur. Bizim 30 kilometrlik yolu indi 10 kilometrlə əvəz etmisiniz. Rahatlıq üçün bundan gözəl nə ola bilər?! Sizin daxili, xarici siyasətinizi Ağcabədi camaatı bəyənir və dəstəkləyir. Nəyə görə? Ona görə ki, Sizin bütün fəaliyyətiniz ölkəmizin inkişafına, rifahımızın yüksəlməsinə yönəlmişdir. Bir daha Sizə cansağlığı, xoşbəxtlik arzulayırıq.

SAKİN: Hörmətli Ali Baş Komandan, mənim bir neçə kəlmə sözüm var. Şanlı və şərəfli, şöhrəti bütün dünyaya sığmayan, XX əsrin türk dünyasının böyük öndəri, xalqımızın xilaskarı, Azərbaycan Respublikasının qurucusu, yaradıcısı ulu öndərimiz Heydər Əliyev Azərbaycan xalqına, Azərbaycan gəncliyinə böyük bir əmanət qoyub getmişdir. Nədir bu əmanət? Azərbaycanı yaşatmaq, Azərbaycanı qurmaq, dünyada tanıtdırmaq. Bu gün Siz Azərbaycanı bütün sahələrdə - idman, səhiyyə, təhsil, quruculuq sahələrində tanıtmısınız. Azərbaycan xalqı, o cümlədən Ağcabədi camaatı Sizə minnətdardır. Camaatımız yol sarıdan əziyyət çəkirdi. İndi bizim rahat yolumuz vardır. Buna görə də biz Sizə minnətdarıq, təşəkkürümüzü bildiririk.

Prezident İlham ƏLİYEV: Sağ olun. Bütün məmurlar yaxşı işləməlidirlər. Ağcabədi rayonunda aparılan quruculuq-abadlıq işləri məni sevindirir. Çox şadam ki, burada işlər yaxşı gedir, böyük işlər görülür. Rayonlar, kəndlər abadlaşır, sosial məsələlər öz həllini tapır. Belə olan halda əlbəttə ki, həm rayon inkişaf edəcək, həm ölkəmiz də qabağa gedəcək. Bu gün Ağcabədidə həm sosial, həm də iqtisadi məsələlər öz həllini tapır. Böyük süd kompleksləri tikilir. Orada yüzlərlə yeni iş yerləri açılır. Məktəblər tikilir, xəstəxana tikiləcək, böyük xəstəxananın təməl daşı qoyulacaqdır. Parklar salınır, olimpiya kompleksləri tikilir, kənd yolları çəkilir, yəni bütün şərait yaradılmalıdır. Hər bir rayonda, xüsusilə Ağcabədi kimi böyük rayonda bütün bu işlər lazımi səviyyədə aparılmalıdır. Kənd yollarının tikintisi isə bundan sonra da davam edəcəkdir. Biz çalışmalıyıq ki, bütün kəndləri belə gözəl yollarla birləşdirək. Sizə cansağlığı, uğurlar arzulayıram.

SAKİN: Biz ən xoşbəxt adamlarıq ki, Prezidentimiz gəlib işlərimizlə maraqlanır. Bu yolu saldırdığınıza görə Sizə uzun ömür, cansağlığı arzu edirik.

Prezident İlham ƏLİYEV: Deməli, qazlaşdırma bütün kəndlərdə gələn ilin sonuna qədər bitməlidir. O ki qaldı su layihəsinə, o da icra olunacaqdır. Bu məsələlər çox vacibdir - qaz, işıq, su, suvarma və yol. Xəstəxana tikiləcək, yəqin ki, bir ilə, il yarıma istifadəyə veriləcəkdir. Sosial obyektlərin, məktəblərin tikintisinə dair proqramımız, planlarımız vardır. Biz bu proqramı icra edəcəyik.

SAKİN: Mən kənd məktəbinin müəllimləri adından burada çıxış edirəm. Bu il bizim üçün təzə məktəb tikilib, artıq istifadəyə verilib. Bunun üçün Sizə təşəkkür edirik. Çox gözəl, çox layiqlidir. Biz müəllimlər də çalışacağıq ki, bütün biliyimizi Azərbaycanın gəncliyi yolunda sərf edək. Sizin göstərişinizlə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması ilə bağlı görülən işlər bizi sevindirir. Bunun üçün Sizə təşəkkür edirik. Biz Azərbaycan gəncləri, Azərbaycan müəllimləri, Azərbaycan xalqı Sizinlə fəxr edirik.

Prezident İlham ƏLİYEV: Sağ olun. Mən məktəbin şəklini gördüm, çox gözəl məktəbdir.

SAKİN: Hər bir şəraiti vardır.

Prezident İlham ƏLİYEV: Kənd üçün gözəl məktəbdir. Daha nə lazımdır?

SAKİNLƏR: Çox sağ olun, təşəkkür edirik.

X X X

Kənd sakinləri Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42