İlham Əliyev Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması nazirini qəbul edib

20 sentyabr 2016, 18:00
İlham Əliyev Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması nazirini qəbul edib

Prezident İlham Əliyev  Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri Vladimir Puçkovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı ölkələrimizin müvafiq nazirlikləri arasında uzun illərdir sıx qarşılıqlı fəaliyyətin mövcud olduğunu vurğuladı, bu gün imzalanacaq sənədin əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yaradılmasında Rusiya tərəfinin yardımına görə təşəkkürünü bildirdi, ilkin mərhələdə aparılan qarşılıqlı məsləhətləşmələri və texniki təchizatla bağlı köməyi yüksək qiymətləndirdi. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 10 ildən artıqdır səmərəli fəaliyyət göstərdiyini qeyd edən dövlətimizin başçısı ölkələrimizin müvafiq qurumlarının ikitərəfli əməkdaşlıq həyata keçirdiyini, gözlənilməz situasiyalar və qarşıya çıxan çətinliklər zamanı bir-birinə yardım göstərdiklərini vurğulayaraq bunu dostluq və tərəfdaşlıq əlaqələrinin təsdiqi kimi qiymətləndirdi, bu dostluğun artıq xeyli sınaqlardan keçdiyini vurğuladı.

Rusiya və Azərbaycanın dost dövlətlər olduğunu qeyd edən nazir Vladimir Puçkov ölkələrimizi bir çox məsələlərin birləşdirdiyini dedi. Birgə əməkdaşlığımızın parlaq perspektivləri olduğunu bildirən Vladimir Puçkov Azərbaycanın və Rusiyanın Fövqəladə Hallar nazirliklərinin uzun illərdir qarşılıqlı fəaliyyət göstərdiklərini, idarəetmə orqanlarının və xüsusi bölmələrin hazırlığının artırılması, eləcə də mütəxəssislərin təlimləri ilə bağlı birgə işlərin aparıldığını, yeni texnologiyaların tətbiq edildiyini diqqətə çatdırdı. Vladimir Puçkov bildirdi ki, bu gün imzalanması nəzərdə tutulan növbəti iki illik plan məqsədlərin müəyyənləşdirilməsi, tapşırıqların formalaşdırılması, həm Azərbaycan, həm də Rusiya tərəfindən məsul şəxslərin təyin olunması üçün yaxşı imkan yaradacaq. O dedi ki, birgə fəaliyyətin əsas məqsədi Rusiya və Azərbaycan əhalisinin həyat təhlükəsizliyi, iqtisadiyyatın, sosial infrastrukturun inkişafı üçün şəraitin yaradılması, eləcə də təhlükə və fəlakətlərin azaldılması üçün müasir forma və metodların tətbiqidir.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 05 oktyabr 2026
16:00
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 104 (Ci...

05 oktyabr 2026, 16:00
SƏNƏDLƏR Sərəncamlar 05 oktyabr 2026
10:30
J.F.Əliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                          

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Jalə Fazil qızı Əliyeva “Şöhrət” ordeni il...

05 oktyabr 2026, 10:30
SƏNƏDLƏR Sərəncamlar 03 oktyabr 2026
10:04
Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                 

Azərbaycan Respublikasında və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsində səmərəli fəaliyyətinə və verdiyi töhfəyə ...

03 oktyabr 2026, 10:04
SƏNƏDLƏR Sərəncamlar 02 oktyabr 2026
15:43
M.C.Mərdanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                      

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə Mis...

02 oktyabr 2026, 15:43