İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının rəhbərini qəbul edib

20 sentyabr 2016, 17:15
İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının rəhbərini qəbul edib

Prezident İlham Əliyev  Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Belarus Prezidenti Aleksandr Lukaşenko ilə bu yaxınlarda Bişkekdə görüşünü məmnunluqla xatırladı. Azərbaycan ilə Belarusun çox yaxın və dost münasibətdə olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin bütün istiqamətlərdə əməkdaşlıq etdiyini, bir-birilərinə etibar və hörmət göstərdiklərini, həmişə dəstək verdiklərini dedi. Prezident İlham Əliyev hər iki ölkə rəhbərinin münasibətlərinin bütün qurumların, o cümlədən iqtisadi blok, xarici siyasət, təhlükəsizlik və digər məsələlərlə məşğul olan strukturlar arasında əməkdaşlığın genişləndirilməsi işinə təkan verdiyini vurğuladı. Dövlətimizin başçısı indiki mürəkkəb dövrdə təhlükələrin düzgün qiymətləndirilməsinin və bu təhlükələrə qarşı qüvvələrin birləşdirilməsinin vacibliyini də bildirdi. Prezident İlham Əliyev ikitərəfli münasibətlərin inkişafı baxımından Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın ölkəmizə səfərinin önəmini vurğuladı və səfərin əməkdaşlığımızın inkişafı və ikitərəfli münasibətlərimizin gündəliyində duran məsələlərin müzakirəsi və operativ həlli baxımından əhəmiyyətini qeyd etdi.

Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas 1981-1985-ci illərdə Bakı hərbi məktəbində təhsil aldığını məmnunluqla xatırladı. Bakıda çox böyük inkişafın şahidi olduğunu deyən qonaq bütün Azərbaycanın, xüsusilə paytaxtımızın dinamik şəkildə inkişafının onda böyük sevinc hissi doğurduğunu dedi. O, Azərbaycan xalqının qazandığı bütün bu nailiyyətlərdə şəxsən Prezident İlham Əliyevin xüsusi xidmətini ehtiramla qeyd edərək bu böyük işlərin onda dərin təəssürat yaratdığını vurğuladı.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi-texniki və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıqdan məmnunluq ifadə olundu.

gallery-photogallery-photo
SƏNƏDLƏR Qanunlar 07 noyabr 2024
12:32
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası...

07 noyabr 2024, 12:32
SƏNƏDLƏR Qanunlar 07 noyabr 2024
12:30
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının...

07 noyabr 2024, 12:30