İlham Əliyev Bişkekdə Moldovanın Baş naziri Pavel Filip ilə görüşüb

16 sentyabr 2016, 12:50
İlham Əliyev Bişkekdə Moldovanın Baş naziri Pavel Filip ilə görüşüb

Prezident İlham Əliyev Bişkekdə Moldova Respublikasının Baş naziri Pavel Filip ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında münasibətlərin yaxşı səviyyədə olduğu bildirildi, əlaqələrimizin böyük potensiala malik olmasından məmnunluq ifadə edildi. Azərbaycan və Moldovanın beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığının yüksək səviyyədə olduğu vurğulandı. Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğu diqqətə çatdırıldı, iqtisadi, ticari, nəqliyyat, energetika, sərmayə qoyuluşu, kənd təsərrüfatı sahələrində yaxşı əməkdaşlığın mövcudluğu qeyd edildi. Hökumətlərarası komissiyanın fəaliyyətinin daha da fəallaşdırılması, bu istiqamətdə qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55