Prezident İlham Əliyev Saatlıya səfərini başa çatdıraraq İmişli rayonuna gəlmişdir.
Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin İmişli şəhərinin mərkəzindəki mədəniyyət və istirahət parkında ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev adına mədəniyyət və istirahət parkında görülmüş işlər barədə məlumat verildi. Qeyd edildi ki, şəhərin mərkəzi olan bu ərazidə geniş abadlıq işləri aparılmış və park salınmışdır. Burada rayon sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.