Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab İslam Kərimova

01 sentyabr 2016, 11:00

Hörmətli İslam Abduqəniyeviç, 

Özbəkistanın milli bayramı – Müstəqillik günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Sizin rəhbərliyinizlə qardaş Özbəkistan dövlətçiliyin və hüquqi qaydanın möhkəmlənməsində, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb.

Əminəm ki, xalqlarımız arasında dərin tarixi köklərə malik olan ənənəvi dostluq, qarşılıqlı dəstək münasibətləri bundan sonra da Azərbaycan-Özbəkistan əməkdaşlığının və tərəfdaşlığının dinamik inkişafı və dərinləşməsi üçün etibarlı təməl olacaq.

Hörmətli İslam Abduqəniyeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Özbəkistan xalqına sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 29 avqust 2016-cı il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55