18:43

Prezident İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində ötən ilin mayında Kür çayının daşması nəticəsində Qasımbəyli kəndində evlərini itirmiş sakinlər üçün tikilmiş yeni mənzillərlə tanış olmuşdur.
Dövlət başçısına məlumat verildi ki, təbii fəlakətin baş verdiyi bölgədə işlər bu gün də davam etdirilir. Daşqınlar nəticəsində dağılmış evlərin əvəzinə yenilərinin tikilməsi, zərər çəkmiş binaların isə bərpa olunması istiqamətində işlər uğurla həyata keçirilir. Bu məsələdə Sabirabad rayonu da diqqətdən kənarda qalmamışdır.
Prezident İlham Əliyev kənd sakini Bəxtiyar Abışovun evində oldu. Bildirildi ki, təbii fəlakət nəticəsində, əsasən, çiy kərpicdən inşa edilən evlər dağılmışdır. Lakin inşaat işlərinin gedişində evlərini itirmiş insanlar üçün daha keyfiyyətli və bütün standartlar nəzərə alınaraq yeni evlərin tikintisinə xüsusi diqqətlə yanaşılmışdır. Əvvəlkilərlə müqayisədə yeni mənzillərdəki otaqların sayı daha çox və sahəsi genişdir.
Qeyd edildi ki, məişət əşyalarının sıradan çıxması nəzərə alınaraq mənzillər yeni avadanlıqlarla təchiz olunmuşdur.
Qasımbəyli kəndində 74 ev tikilmişdir ki, onlardan 55-i artıq istifadəyə verilmişdir. Ümumilikdə isə Qasımbəyli də daxil olmaqla Sabirabadın Yuxarı Axtaçı, Muradbəyli, Əsgərbəyli kəndlərində 169 fərdi ev tikilmişdir. Bu evlərin 85-i artıq istifadədir.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, Kür və Araz çaylarının daşması nəticəsində dəymiş ziyanın aradan qaldırılması, dağılmış infrastrukturun bərpası demək olar ki, başa çatdırılmışdır. Zərər çəkən insanlara 10 milyon manatadək kompensasiya ödənilmişdir. Rayonun Kür çayı boyunca yerləşən kəndlərində bəndvurma və sahilbərkitmə işlərinin əsas mərhələsi başa çatdırılmışdır. Ümumilikdə bu il rayon ərazisində Kürün sağ və sol sahilləri boyunca 16 kilometr məsafədə mühafizə bəndinin təmiri və qayakəsmə işləri aparılmışdır. Sabirabadın bir çox kəndlərində ümumilikdə 13 su keçidi və şlüzlər tikilmişdir. Bununla da gələcəkdə yarana biləcək problemlərin qarşısı alınmış, insanların təhlükəsizliyinin maksimum təmin olunması sahəsində ciddi işlər görülmüşdür.
Ev sahibləri göstərilən yüksək diqqət və qayğıya, onlar üçün inşa edilmiş geniş və yaraşıqlı evə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Pakistanın Baş naziri dövlətimizin başçısına Hindistanın ölkəsinə qarşı hərbi hücumları və...
15 may 2025, 13:10Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11...
15 may 2025, 12:20Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin...
15 may 2025, 11:50Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 12-ci, 13-cü, 15-ci, 20-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Vergi...
15 may 2025, 11:48Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis...
15 may 2025, 11:46PDF yükləyin
15 may 2025, 11:44Azərbaycan Respublikasının
2025-ci il 1 may tarixli Qanunu ilə
təsdiq edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə...
15 may 2025, 11:42Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Kontitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”...
15 may 2025, 11:40Hörmətli cənab Baş nazir,
Ölkənizdə keçirilmiş parlament seçkilərində başçılıq etdiyiniz Albaniya Sosialist Partiyasının qələbəsi münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Lideri olduğunuz partiyanın bu yeni uğuru Albaniyanın...
15 may 2025, 10:20Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq qərara alıram: ...
14 may 2025, 13:19Hörmətli cənab Prezident,
Paraqvay Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki,...
14 may 2025, 11:11